...Monaş Universiteti, Melburn Universiteti və London Universitet Kollecinin alimləri Yer kürəsində həyatın necə başladığına və mikrobların bu gün iqlim dəyişikliyi ilə mübarizədə bizə necə kömək edə biləcəyinə işıq salıblar.
SİA-nın məlumatına görə, bununla bağlım yazı “The ISME Journal”-da dərc olunub.
Söhbət mikrobiolitlərdən - mikroorqanizmlərin koloniyalarını quran qayalı strukturlardan gedir. Onlar planetdəki həyatın ən qədim izlərindən biri hesab olunur. Məlum olub ki, bu strukturların içərisində çoxlu mikroblar bitkilər kimi işıq hesabına deyil, kimyəvi reaksiyalar sayəsində sağ qalır.
...Biz aşkar etdik ki, bu mikroblar hətta tam qaranlıqda da - məsələn, hidrogen, ammonyak və ya dəmirdən istifadə etməklə enerji yarada bilir.
Bunu tədqiqatın müəlliflərindən biri, Monaş Universitetindən Dr Francesco Ricci deyib.
Onun fikrincə, bu onu deməyə əsas verir ki, mikrobialitlər bir növ “təkamül laboratoriyaları” olub, burada yaşamaq üçün yeni yollar yaranıb.
Başqa bir tədqiqatçı, Dr Bob Leunq əlavə edir ki, “...bu mikroblar yaxşı əlaqələndirilmiş komanda kimi birlikdə işləyirlər - onlar nəinki sağ qalırlar, hətta fotosintez olmayan gecələr də karbon qazını aktiv şəkildə emal edirlər”.
...İş göstərib ki, mikrob icmaları atmosferi istixana qazlarından təmizləmək üçün nümunə ola bilər.
Tədqiqatçılar əmindirlər ki, bu mexanizmlər sənaye emissiyalarını neytrallaşdırmaq üçün istifadə edilə bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə