Türkün gəlişi
Tanrı dağından vardım,
Göndərdilər mən də gəldim.
Göy bayrağım, yer gəmimdi,
Yol verdilər mən də gəldim.
Dünya Tanrı biçimdəydi,
Haqqin nuru içimdəydi
Böyük kimdi, kiçik nəydi,
Söylədilər bildim gəldim.
Yol verildi köçə varam,
Zülmətə işıq aparam
Dünyanı haqqa çağıram
Əlimdə nur, işıq gəldim.
Verilən nə, aldığım nə
Güvən verdim güvəninə.
Çadırdan Dünya evinə,
Yol verdilər mən də gəldim.
İlkdə sonam, sonda ilkəm,
Tanrı eşqi, haqq görküyəm.
Göydən gələn, göy türküyəm
Mən seçildim, mən də gəldim.
Haqq məndədi, mən haqdayam,
Yaxındayam, uzaqdayam
Ölçüsüz vaxt taxtındayam
Zamanla ölçüldüm gəldim.
İçimdən bir yol ağardı,
Hər yer tanışdı, doğmadı.
Savalan sağ olan ağamdı
Harayladı məndə gəldim.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB