"Dostluq körpüsü" dostluğun, əmin-amanlığın, qardaşlığın ən müqəddəs sözləri olduğuna görə dünyanın sülhsevər insanları bu sözlərdən çox istifadə edir və gələcək nəsillərə də bu sözlərə müqəddəslikə, hörmətlə yanaşmağı təlqin edirlər. Bunu bizə də ulularımız nəsihət və vəsiyyət edib. Ona görə də gəlin ullularımızın qoyub getdiyi adət-ənənələrə biz də böyük hörmətlə yanaşıb, onlara riayyət edək. Ulularımızın verdiyi tövsiyyələrə, qurduğu o möhtəşəm, əzəmətli "Dostluq körpüsü"nə hörmət və ehtiramla yanaşaq. Həmin körpünün əbədi olmasını nəinki Böyük Borçalıda, hətta bütöv Gürcüstan Respublikasında yaşayan və fəaliyyət göstərən soydaşlarımızdan və Azərbaycan Respublikasında yaşayan vətəndaşlarımızdan da xahiş və təvəqqə edək ki, Gürcü- Azərbaycan dostluğuna zərrə qədər də olsa zərər gətirməsinlər. Çünki bu dostluğa hansısa bir zərər yetirilərsə bu çox dəhşətli və bağışlanılmaz iş sayılar. Bu o demək olar ki, o adamlar ulu babalarımızın qurduğu möhtəşəm "Dostluq körpüsü"ndən hər biri bir kərpic sökür. Əlbəttə, belə adamlar mən hesab edirəm ki, çox azdır. Ona görə də çalışıb hamılıqla bir yerdə onların qarşısını almalıyıq. Belə yaramaz ünsürləri də tezliklə aradan çıxarmaq lazımdır.

.jpg)
Azərbaycan və Gürcü xalqlarının dostluğu yolunda axır vaxtlar çox iş görən, millət vəkili, hörmətli Qənirə xanım Paşayevanın bu işi alqışa layiqdir. Ona görə də Qənirə xanıma demək istəyirəm ki, indiki nəsil, yəni sizin nəsil və elcə də sizdən yaşca az olanlar bu ənənəni hökmən qoruyub saxlamalısınız.

Biz yaşlıların sizə tövsiyyəsi budur ki, nə vaxtsa "Dostluq körpüsü"nün rəmzi olan o "Sınıq körpü"nü, möhtəşəm, klassik üsulda, Gürcü yeniyetmələri, gənsləri ilə bir yerdə əl-ələ verib bərpa etməlisiniz və yaxud da həmin körpünü yenidən qurmalısınız. Bunu biz yaşlı nəslin nümayəndələri sizdən xahiş edir. Qoy bu dostluq həmişə yaşasın, möhkəmlənsin və monolitləşsin. Qoy bu dostluq möhtəşəm olsun və həmişə ucalsın. Qoy bu müqəddəs milli münasibətlər iki qədim Qafqaz ölkəsinin, Qafqaz xalqının milli himni kimi həmişə səslənsin. Qoy Böyük Borçalının hər bir oğlu həmişə bizimlə həmrəy olsun. Eyni zamanda mənim qonşu kəndçim Gorarxı kəndindən olan görkəmli ictimai-siyasi xadim, qorxmaz, Gürcüstanda "Dostluq körpüsü"nünun qorunub saxlanılmasında böyük işlər görən, şər qüvvələrlə daim mübarizə aparan Allahverdi Hümbətov kimi fəxri vətəndaşları olsun.

Allahverdi Hümbətov kimi iki millətin dostluğu üçün böyük işlər görən bizim həmvətənlimiz çox olub. Onlardan mən doğulduğum Sadaxlı kəndindən, Sadaxlı orta məktəbinin ən qocaman direktoru Xəlil Nəbiyevi, 2 nömrəli orta məktəbin direktoru, dəfələrlə dövlət mükafatı və ordenlərlə təltif olunmuş Adil Şərifovu, böyük filoloq və tarixçi, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının fərdi Prezident təqaüdçüsü Pəhah Xəlilovu, obamızın ilk rayaziyyat alimi, 80-dən çox elmi işçilər yetişdirmiş, onlardan 17-si elmlər doktoru, professor və 75-i isə elmlər namizədi, dossent olan və çoxlu sayda elmi ixtiraların müəllifi olan, əsərlərinin çoxu xarici dövlətlərin unuversitetlərində tədris olunan Mustafa Vəliyevi misal gətirə bilərəm. Bizim hamımız onlarla fəxr edirik.


Eləcə də onun qardaşı, Gürcüstan Respublikasının Əməkdar Jurnalisti, filologiya elmləri doktoru, Azərbaycan Dövlət Universitetinin professoru, keçmiş "Sovet Gürcüstanı" qəzetinin baş redaktoru, 1983-cü ildə həmin qəzetdə çap olunan "Gəlin Xudululara müraciət edək" adlı məqalənin müəllifi Həmid Vəliyevin, uzun müddət Sadaxlı orta məktəbində kimya fənnindən dərs deyən qocaman müəllim, kimya elmləri namizədi Bəkir Vəliyevin, tarixçi-tədqiqatçı İsmayıl Xudiyevin, uzun illər kimya-biologiya fənnini tədris etmiş, Sovet dövründə Xudu Borçalının nəslindən olduğuna görə repressiyaya məruz qalmış Əbdürrəhman Xudiyevin bu müqəddəs yoldakı xidmətlərini məgər unutmaq olarmı?


Azərbaycan Respublikasının Əməkdar jurnalisti, mindən çox publisist yazıların, oçerklərin, məqalələrin müəllifi, "Qızıl qələm" mükafatı laureatı İlyas Adgözəlli də bu torpağın yetirməsidir. O da bu müqəddəs yolda böyük işlər görür. Elə onun elimizin böyük şəxsiyyətlərinə həsr elədiyi sonuncu "Borçalıların Sadaxlı dünyası" kitabı bu yolda böyük töhfədir. Və ən nəhayət bizim qocaman müəllimimiz, Pənah Gülməmmədov 50 il Sadaxlı kəndində coğrafiya və astranomiyadan dərs deməklə şagirdlərə dərin bilik öyrədib. Eləcə də o, bizə hər şeyi- vətənpərvərliyi, elimizin gözəlliyini, onu sevməyi, göz bəbəyi kimi qorumağı da tövsiyyə edib. O, bizə həmişə tövsiyyə eləyib ki, gürcü dilini yaxşı öyrənək. Gürcülərlə həmişə dost, yoldaş, qardaş olaq. Əməkdar həkimimiz Polux Poluxov və onun ailə üzvləri həmişə sayılıb-seçilən nəsillərdən biri olublar. Həmişə də iki millətin dostluğu yolunda çox işlər görüblər.

Çox təqdiralayiq haldır ki, Gürcüstan hökuməti Sadaxlı xəstəxanasına məhz Polux Poluxovun adını verib. Hüseynalı Bayramov 20 ildən çox bir müddətdə kolxoz sədri işləyir. O, öz həyatını doğma Sadaxlı kəndinə həsr edib. Bütün xeyirxah işlərdə hamıya xeyriyyəçi kimi əlindən gələn köməklikləri edir və "Dostluq körpüsü"nün möhkəmlənməsində xidmətləri əvəzsizdir. Cəbrayıl Məmmıdovun adı artıq əfsanələşib. Belə ki, Böyük Vətən Müharibəsi iştirakçısı olan, müharibədə çoxlu orden-medallar alan və 1970-1991-ci illərdə Mollaoğlu, Qırxlı və Sadaxlıda kolxoz sədri işlədiyi dövrlərdə, təkcə bu kəndlər üçün yox Borçalı və dostluq üçün soxlu işlər görüb. Mən belə insanların sayını çox artıra bilərəm. Yüzlərlə belə ulularımaz olub və var ki, Böyük Borçarı, iki millətin dostluğu üçün əvəzsiz, təmənnasız xidmət göstəriblər. Borçalının başını həmişə uca ediblər.


Bax belə müqəddəs insanlar, müdrik şəxsiyyətlər, məşhur alimlər Gürcüstan-Azərbaycan dostluğunun banisi olmuş Xudu Borçalının dostluq körpüsünün möhtəşəm sütunları hesab olunurlar. Yəqin ki, bu işdə, bu yolda indiki nəslin nümayəndələri də daha çox işlər görəcək və onlar da ulularımızın qoyduğu estafeti davam etdirəcəklər. Böyük Borçalıda görəcəyi bu müqəddəs işlərdə onlara uğurlar diləyirik və onlara eşq olsun deyirik. Yaşasın Gürcü və Azərbaycan millətlərinin əbədi dostluğu! Əgər bu dostluq daha da möhkəm olsa, iki ölkənin möhkəm dostluğu, ölkə rəhbərlərinin uzaqgörən siyasəti sayəsində Azərbaycanın Qarabağ və Gürcüstanın Şimali Osetiya və Abxaziya torpaqlarını da geri qaytarmaq hökmən mümkün olar. Mən buna qətiyyətlə əminəm.

Veys Xudiyev
Mühəndis-tədqiqatçı






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB