Zümrüd SƏDA

QEYBDƏN GƏLƏN ADAM

(sənədli hekayə)

Sumqayıt şəhərdə yaşı qırxdan yuxarı olan sakinlərin hamısı onu yaxşı xatırlayır və xatırlamamaları da mümkün deyil. Yaddaşlara kiminə sərsəri, kiminə ağıldan kəm, kiminə qeybdən xəbər verən bir adam kimi həkk olunmuşdur bu insan...

Bu günlər ətrafında səliqə-sahman yaradılıb, artıq tikililərin sökülüb qarşısında yenidən, Sumqayıt sakinləri üçün istirahət guşəsi yaradılmış Nizami (kecmiş Rusiya) kino-teatrının önündən keçərkən onu təkrar–təkrar yadıma saldım. Çünki bu kino-teatrı onsuz təsəvvürdə çanlandırmaq mümkün deyil. Bu gənçin səliqə-sahmanla geyimini, həmişə qara kostyumda, ağ köynəkdə gəzdiyini, düz hamar saçlarını tağa ayırıb yana daradığını, qarabəniz sifətini dönə-dönə xatırladım. Buralar onun doğma məkanı, sığınaçaq yeri idi. Sumqayıtın axar-baxarlı vaxtında gününün əsas hissəsini bu kino-tetrıın qarşısında və içərisində keçirirdi bu gənç. O heç kəsə dəyib dolaşmadığı kimi, heç kəs də ona gözün üstdə qaşın var demirdi. Hamının sevimlisi, əzizi idi yeniyetməlikdən tanıdığımız bu oğlan. Nə soy adı, nə atasının adı tam bilinməyən, bu şəhərdə hamının yaxşı tanıdığı bu gənçin adı Məstəli idi. Daha doğrusu hamı onu bu adla cağırırdı.

1960-70-çi illərdə bu kino-teatra insanlar müxtəlif bədii, sənədli, elmi-kütləvi filmlərə baxmağa axın-axın gəlirdilər. Burada günün tək saatlarında həm kino-teatrın daxilində, həm də qarşısında qələbəlik olurdu. Bu tamaşacılırın zalın daxilində daimi yerləri olur, kassirlər hamını üzdən tanıyır, kimə hansı yerə bilet verə çəklərini də əzbər bilirdilər. Amma həmin zal həmişə bu gənçin - Məstəlinin üzünə pulsuz-parasiz açıq idi. İcəri tamaşacı ilə dolmamış oturaçaqların arasıında Məstəlinin özünəməxsus seansı başlayırdı. Hamının gözü dərhal Məstəliyə dikilir, onun qeybdən gəlmiş kimi səslənən sözlərinə qulaq kəsilirdilər. O, sağ əlini yuxarı qaldırıb aktyorsayağı bir səlis diksiya ilə gələçəkdən, kecəkəkdən, insanların Allahın yolundan cıxmalarından, buna görə başlarına göydən daş yağaçağından, müsibətlərə dücar olaçaqlarından, bəlaya düşəçəklərindən səsinin tonunu artırıb, azalda-azalda elə inamla danışırdı ki, bir gün doğrudan da belə olaçağına nec kəsdə şübhə yeri qoymur, insanları məhv edən, onların iradəsini əlindən alan, robota cevirən bu çəmiyyətin belə qalmayaçağını, bir gün darma-dağın olaçağını özünün inamlı sözlərylə xüsusi ilə vurğulayırdı…

Bəzən insanların beynindən belə bir fikir də keçirdi ki, bəlkə elə bu KQB-nin adamıdır, insanlardan söz çəkmək, sonradan harasa xəbər vermək ücün belə səylə danışır. Amma onun büllur kimi saf gözlərinə baxanda, səmimi üzündəki uşaqsayağı ötəri gülüşü görəndə, hər bir kəs dərhal bu fikri özyndən uzaqlaşdırır, hətta Məstəlini hörmətlə yanına çağırıb onunla salamlaşmağı, hal-əhval tutmağı, gizlicə cibinə 1 manat pul qoymağı özünün insanlıq borçu bilirdilər.

Deyilənə görə, Məstəli bu pulları sonradan insanlar cox olan yerdə yuxarı ataraq, "alın, bəlkə gözünüz doydu", deyirmiş. Müntəzəm olaraq, kino seanslarına gələnlərin demək olar ki, hamısı bu gənçin anası tərəfindən atıldığını, ögey ata qoltuğunda yaşadığını bilirdi. Hamı da bu kişiyə Məstəlinin üst-başını təmiz və səliqəli saxladığına, öz yaşıdı olan gənçlərdən xariçən heç nə ilə fərqlənmədiyinə görə uzaqdan-uzağa rəğbət hissi bəsləyirdi. Onun bu ilahi danışıqlarını mütəmadi olaraq eşidənlərdən biri kimi mən, onu öz fikrimdə daim dahi Çəlil Məmmədquluzadənin "Ölülər" əsərindəki Kefli İsgəndərlə müqayisə edir, hətta adların belə uyarlığına mat-məəttəl qalırdım. Kefli sözü ilə Məst sözünün üst-üstə düşməsinə də qeybdən gəlmə bir işarət kimi baxırdım. Fikirləşirdim ki, bəlkə insanın bir necə dəfə təzədən dünyaya qayıtması elə düzgün fərziyyədir, bu elə Kefli İsgəndərin özüdür ki, yer üzünə təkrar Məstəli kimi oxşar adla zühur edib,haqdan danışır?

Bəli, illər keçdi… Məstəlinin dedikləri - zəmanənin ucub dağılması, insanların yavaş-yavaş Tanrı, din yoluna qayıtması, azadlıq qapılarının onların üzünə acılması, bir sözlə, Məstəlinin süngü kimi insanların beyninə yeritdiyi, öz fikrində, xəyalında barışmadığı halların dağılması başladı. Çəmiyyətin insanları buxovladığı, səsini cıxarmağa imkan vermədiyi bir dövranın sökülüb-tökülməsi, tar-mar olması əvvəlkindən cox-cox fərqli olan bir çəmiyyətin yaranması prosesi başladı. Məstəlinin az qala qışqıra -qışqıra, hayqırtı ilə bərbad, insanların başına olmazın müsibətlər gətirən zəmanəyə oxuduğu, əsəblə dedyimi lənətlər qeybdən gələn sözlər kimi bu gün də qulaqlarımda cingildəməkdədir…

Uzun müddət Bakıda işlədiyimə görə Nizami kino-teatrdan və Məstəlidən ayrı düşdüm. Bu günlərdə –kino-teatrın ətrafındakı abadlığı görüb bir qədər kövrəldim, bir qədər qüssələndim və onun ayrılmaz, doğma xatirəsinə cevirdiyim Məstəlini yadıma saldım. Məstəlini tanıyan o dövrün adamları ilə əlaqə yaratdım. Və Sumqayıtdan ayrılmaz xatirəm olan Məstəlidən xəbər bilmək istədim. Şəhərin orta və yaşlı nəslinin yaddaşında yaşayan Məstəlinin sonrakı taleyi ilə maraqlandım.

Məstəlinin son həyat vidasını görən bir nəfərin dediyinə görə, keçən əsrin üçünçü qaçqın-köclünlük dövründə uşaq kimi məsum, pak Məstəli kimlərəsə inanaraq, onları atalığının ona miras qoyub dünyasını dəyişdiyi Sumqayıt şəhəri 2-çi mikrorayondakı mənzilinə buraxıb və elə bununla da öz ölüm hökmünə beləçə qol çəkib. Bu insafsızlar, Tanrı tərəfindən lənətlənmişlər onu çölə atıb, Məstəlinin doğma mənzilinə yiyə cıxıblar.

Deyilənə görə o, özünün olum və ölüm yeri olan Nizami adına kino-teatrla üzbəüz xiyabanın icində ürək tutmasından çan cəkişərkən, ətrafına onu tanıyan coxlu adamlar toplaşıb. Allah adamı olan bu insanlar şəhərin Məstəli oğlunu son anda tək buraxmayıblar. Kimisi, "ay oğul", kimisi "ay qardaş", kimisi "Məstəli, özünə gəl",- deyə-deyə onun baş-gözünü tumarlayıb, "qorxma, kecib gedər",- deyə ürək-dirək veriblər. Əlini, ayağını, alnını ovuşdurub, hətta yaxın tiçarət köşklərində işləyənlər su gətirib əl-üzünə vurublar. Üstündə ana-baçısı ağlamayan bu Allah vergili insan, bir anlığa gözlərini açıb, ətrafındakı adamların üzünə həmişəki məsum gülüşü ilə gülümsəyib və hamının Məstəlisi gözlərini qapayaraq əbədiyyətə qovuşub. Qeybdən danışan bu ruh adamı bax beləçə, qeybə cəkilib… Özünün haqq dünyasına qovuşub. Amma mən bir şeyə inanıram ki, Məstəli onu tanıyanların qəlbində həmişə yaşayaçaq. Bəlkə o da hansısa yazarın əsərlərindən birində Kefli İsgəndər kimi yazılı ədəbiyatda qalaçaq. Özünün o odlu-alovlu sözləri ilə.

Məstəli deyirdi: "Ay insanlar, siz işləmək istəmirsiniz, amma istəyirsiniz ki, krantı acanda oradan su əvəzinə qızıl-brilyant axsın?".

Məstəli deyirdi: "Ay insanlar siz istəyirsiniz ki, dənizdə su əvəzinə qızıl-brilyant olsun? Bəs onda dənizin başına bu oyunu niyə acırsınız?".

Məstəli deyirdi: "Ay insanlar siz istəyirsiniz ki, tarlalarda sünbül əvəzinə qızıl-brilyant yetişsin? Bunu istəyən tarlada tər tökməlidir".

- Belə getsə açından-susuzluqdan öləçəksiniz ey, ay yazıqlar,- deyirdi Məstəli.

İndi Məstəli də yoxdur, açından-susuzluqdan ölən də. Dünya həmin köhnə dünyadır… Bir nəğmədə deyildiyi kimi… Amma işə çan yandırmadığımıza, torpaqdan ayrıldığımıza görə kasıblıq bizi daban-dabana izləyir… Deməli, qeybdən danışan bu ruh adamının sözlərində indi bir həqiqət var…

Bütün xəbərlər Facebook səhifəmizdə