Əşrəf VEYSƏLLİ

ÜRƏK AĞRILARI SİLSİLƏSİNDƏN

Gözlər qəm donunda, kədər donunda
Olən arzulara yas tutacaqsa,
Nifrət qılıncları qorxu qınında
İşləyə bilməyib pas tutacaqsa,
Gələcək nəsillər kövrəklik edib,
Ağılı urəyə dəyişəcəksə,
Namusu, məsləki, qeyrəti, adı
Bir qarın corəyə dəyişəcəksə,
Həkimlər min carə tapsa da belə,
Məhəbbət coşsa da qanda, ilikdə,
Ürək ağrıları qalacaq hələ,
Qalacaq indiki birincilikdə.

Götür-qoy eyləyib hər axşam-səhər,
Seçə bilmiriksə yaxşını pisdən,
Bu ona bənzər ki, bir naşı zərgər
Ayıra bilməyir qızılı misdən.

Min carə tapılar ağrıya, dərdə,
Sözlə də onları yuxaltmaq olar.
Dünyada ən ağır xəstəni belə
Bir xoş təbəssümün, bir xoş gülüşün
Qayğı şəfəqində sağaltmaq olar.

Qonduqca saclara illərin izi,
Zaman deməyirsə biz deyənləri,
Sözü sinəmizdə çürüdürüksə,
İncidib, küsdürüb ürəyimizi,
Burdan ağladırıq oz əlimizlə,
Ordan dərman ilə kiridiriksə,
Könül ayrılırsa öz həvəsindən,
Şairlər yenə də söz salacaqlar
Ürək ağrıları silsiləsindən.

Nəğmələr, arzular doş hasarında
Ulvilik paltarı geyə bilməsə,
Qovrulub bir ömrün dərdi-sərində,
Dil də oz sözünü deyə bilməsə,
Ədalət əyilməz başını əyər,
O da məruz qalar bohtana, şərə..
Gələcək nəsillər,
Sizdə də əgər
Hörmət olacaqsa əyriliklərə,
Acı həqiqətlər atından düşüb,
Taxta cıxacaqsa şirin yalanlar,
Müqəddəs dünyada ağalıq etsə
Ürəyi bir fındıq boyda olanlar,
Zülmət gecələrdən səhərə çıxıb,
Sağ əl qalacaqsa soldan xəbərsiz,
Yolçular bir yolla səfərə cıxıb,
Yola getməsələr yoldan xəbərsiz,
Duşub gah covğuna, gah da ki çənə,
Ya təklikdə qalsaq, ya ikilikdə
Ürək ağrıları qalacaq yenə,
Qalacaq indiki birincilikdə.

II
Nədənsə həmişə tənginəfəsəm,
Elə bil babamla həmyaş olmuşam.
Əlim qələm tutan, ağlım soz kəsən
Ürək ağrısına yoldaş olmuşam.
Səfərə cıxmışam min bir həvəslə,
Gözlərim bələdci, könlüm yolçudur.
Ancaq neyləyim ki, sol doşum ustə
Sağ əlim cox zaman qarovulcudur.

Neçə ürəklərin yarımcıq qalan
Arzusu, istəyi ağrıyır orda.
Əlindən oğlunu gullələr alan
Analar hələ də ağlayır orda.

Dünən bir dostuma acıb dedim mən,
O güldü: təsəlli verirdi sanki,
Dedi: Sən bununla fəxr etməlisən,
Kişi azarına tutulmusanki...
Onsuz da bilirəm,
bilirəm bir gun
Həyatı bu qədər sevdiyim üçün
Bu ürək ağrısı məni də tez-gec..
Di gəl ki, ürək də ağrımayanda
Elə bilirəm ki, yaşamıram hec...
Bir də, neyləmək?
Bir şair demişkən
Ürək ağrıyırsa yaşayır demək.
Yaxşısı budur ki, salmayaq yada,
Ağrıyır, deməli, hələlik sağdır.
Ürək ürəkdirsə,
bizdən sonra da
Qalıb bu dünyada ağrıyacaqdır.


ÜRƏYİM

Hərdən səhra olan, hərdən bağ olan,
Bir dost kəlməsiylə donub dağ olan,
Qisməti-həmişə ağrımaq olan,
Dərmanı-dağların səhər kuləyi,
Ay mənim ürəyim, mənim ürəyim.

Dinsin məhəbbəti əziz tutanlar,
Özünü əbədi oda atanlar.
Desin sol döşünün ustə yatanlar-
Nədir bu dünyadan axı diləyim,
Ay mənim ürəyim, mənim ürəyim.

Hər sözə inanıb, uyan sən oldun,
Məni quru yurdda qoyan sən oldun.
Bir zaman hamıya həyan sən oldun,
İndi bir koməyi kimdən diləyim,
Ay mənim ürəyim, mənim ürəyim.

Köksümdə odu var ilk məhəbbətin,
Oldum diləncisi bir xoş ulfətin.
Tək-tənha yaşamaq-cətindən cətin-
Yenə buza dondu çayım-xörəyim,
Ay mənim ürəyim, mənim ürəyim.

Bir məsum, kusəyən, körpə uşaqsan,
Dindirsəm, sinəmi dağlayacaqsan.
Bilsən, hönkür-hönkür ağlayacaqsan-
Yar qənimim çıxıb, əğyar koməyim,
Ay mənim ürəyim, mənim ürəyim.

ÜRƏK ŞAİRİ

"Sən gərək qalaydın mən gorən kimi"-
Ürəyi nisgillə dinir şairin.
Gülər gozlərində qəm gorən kimi
Hər anı zülmətə dönür şairin.

Yazdığı sözləri barı tap, hərdən
Dərdli gozlərinə dərdi təp hərdən.
Ürəyi gor necə duşur təpərdən,
Gözləri gor necə sonur şairin.

Ağlayar urəkdən, gulər ürəkdən,
Vəfasız adları silər ürəkdən.
Elə oləndə də olər ürəkdən
Bu ürək şairi, könül şairi.. 2010


MUZEYDİR MƏNİM ÜRƏYİM

Gün düşər, qarı əriməz-
Quzeydi mənim ürəyim.
Kaş bir az da bu dərdlərə
Dözəydi mənim ürəyim.

Yup-yumşaqdı ipək kimi,
Kövrəkdi kəpənək kimi.
Bir zamanlar çiçək kimi
Təzəydi mənim urəyim.

Təbdən-təbə duşə-duşə,
Ağlamaqdır indi peşəm.
Dərddən sərgi duzəltmişəm –
Muzeydi mənim ürəyim.

NEÇƏ Kİ GƏNC İDİM

Neçə ki gənc idim elə bilirdim
Fələyin özüynən döyüşə billəm.
Əsən küləklərin, coşan sellərin
Səmtini, yönünü dəyişə billəm..

İndi bir qocayam, torpaq müştəri,
Torpaq hər yetənə kəfənlik olmur.
Qalır bu dünyaya mənim işlərim,
Dünyanın işləri ta mənlik olmur.

2015

QORXUSU YOXDUR

Altmışım arxada qalıb hacandır,
Hacandır gözümün yuxusu yoxdur.
Yaşın çətinliyi altmışacandır,
Altmışdan o yana qorxusu yoxdur.

Günlər qanadlanıb ucur, quş olur,
İllərin karvanı ötüşmüş olur.
Ömür yetmişində yetişmiş olur,
Yetmişdən o yana qorxusu yoxdur.

Elə ki təklənir, təklənir insan,
Dərdi batman-batman yüklənir insan.
Deyirlər: Səksəndə səksənir insan,
Səksəndən o yana qorxusu yoxdur.

Yoxuşun sərtliyi dizi qorxudur,
Baxışın sərtliyi gözu qorxudur.
Doxsana yetməyin özü qorxudur,
Yüzdən o tərəfə qorxusu yoxdur.

Hər gün əsəb, təzyiq, qan qorxusudur,
Ürək ağrısıdır, can qorxusudur...
Bizik bu dünyanın ən qorxulusu,
Bizdən o tərəfə qorxusu yoxdur.
2008

QOCANIN ÖMRÜ

Qarlı çağlarında barlı bağlara
Bürüncək ömrüymüş qocanın ömrü.
Xəyalım hey məni çəkir dağlara,
Ərincək ömrüymüş qocanın ömrü.

O ki kövrəklikdə bir himə bəndmiş,
Bağlı qapıları "Simsim"ə bəndmiş.
Nə sümükdən sümük, nə ətdən ətmiş,
Xəmircək ömrüymüş qocanın ömrü.

Qəlbi yağmalanmış yurdu kimiymiş,
Qəddi bukcələnmiş dərdi kimiymiş.
Bir az da barama qurdu kimiymiş,
Hörümçək ömrüymüş qocanın ömrü.

Yanıb ömür adlı bir bağın üstə,
Əsib hər çiçəyin, yarpağın üstə.
Su deyib inləyən torpağın üstə,
Bir çiçək ömrüymüş qocanın ömrü.

Bu neçə yaşayış, bu necə gündür –
Ovcu cadar-cadar, duyun-duyundur.
Keçmişi keçmişdir, indisi indi,
Gələcək ömrüymüş qocanın ömrü.

Qızarmış gozləri – qanın şəklimi,
Hər günün, saatın, anın şəklimi?
Zaman bir rəssamdır: "Mənim şəkilimi
Gəlim, çək" ömrüymüş qocanın ömrü.

18.08 2015


YAXŞI

Yaş gəlib yaxşıca dirənib dağa,
Demək istəyirəm: nəsə də yaxşı.
Səfər eyləməyə yaxşı yerlərə,
Gərək yaxşı ola kisə də, -yaxşı.

Elə ki bürünər yollar dumana,
Mənzilə tez catmaq qalar gümana.
İnana bilmərəm: yaman yamana
Yüz kərə, min kərə desə də,- yaxşı.

Bu daş bu ələmi sezdirə bilmir,
Bu baş bu bədəni gəzdirə bilmir.
Bu yaş uzaqları kəsdirə bilmir,
Yaxşı addımlayır kəsədə, yaxşı.

Görsən sayılmırsan sayan yanında,
Bir ağac tapıb da, dayan yanında.
Anlayan yanında, duyan yanında
Saza da yaxşıdı, sozə də yaxşı.

Ay Əşrəf, yaxşıya yaxşı deyilər,
Yaxşının çörəyi yaxşı yeyilər.
Yaxşıya pis desəm ağzım əyilər,
Ancaq söyləmərəm pisə də- yaxşı.
2015

İTİB -BATIB

Bağcalar baş əyib baxımsızlığa,
Kolların icində gül itib-batıb.
Sonalar perikib, qular köçübsə,
Dərənin dibində göl itib-batıb.

Bu yerin yazları gül libasında,
Lalə-nərgizləri çöl libasında.
Bu elin qızları tül libasında,
Ağappaq bədəndə tül itib-batıb.

Göycək əllərinlə dara zülfünü,
Gör kulək dağıdıb hara zülfünü
Örtüb gül camala qara zülfünü,
Ağ buxaq ustundə xal itib- batıb.

Qonşuya daş atmaq dəlidən qalıb,
Qan sorub yaşatmaq zəlidən qalıb.
Əlsizə əl tutmaq Əlidən qalıb,
O Əlidən qalan əl itib-batıb.

Elə ki goylərdən duman cəkilər,
Zülmət gecələrin bağrı sökülər...
Ən ucqar kəndə də yollar çəkilər,
Könüldən-könülə yol itib-batıb.
12.07.2015

HEYKƏL

Görcək daşa dondu, heykələ dondu,
Keçdiyin yollara qondu bu heykəl.
Elə ki uzaqdan kölgən göründü,
Durduğu yerdəcə dondu bu heykəl.

Küləklər əlini saçına çəkdi,
Qalmadı şubhəsi, olmadı şəkki.
Onu belə görən zənn edəcək ki,
Əvvəli insanmış, sonluğu heykəl.

Gör onu ayrılıq necə sıxıb,gör,
Gündüz vaxtın yoxsa, gecə cıxıb gör.
Bir mənə yaxşı bax-necə çıxıb gör –
Sənin həsrətiyin yonduğu heykəl.


SƏN MƏNİ ÖYRƏTDİN AYRILIQLARA

Hər anım, hər günüm, hər ayım belə,
Dağıldı eşq adlı sarayım belə.
Dünyanı incidər harayım belə,
Hər gecə varlığım cəkilər dara,
Sən məni öyrətdin ayrılıqlara.

Adlaya bilmədim qəm hasarını,
Simləri qırıldı konul tarımın.
Boynu bükük qaldı arzularımın,
Niyyətim haraydı, mənzilim hara,
Sən məni öyrətdin ayrılıqlara.

Yolçunu yolundan əylədən kimi,
Dərdliyə dərdini söylədən kimi,
Uşağa əlifba öyrədən kimi
De nədən başlayım mən günüqara,
Sən məni öyrətdin ayrılıqlara .

Bir gul qoncəsiydi ürəyim mənim,
Eşqin təşnəsiydi ürəyim mənim,
Vusal ceşməsiydi ürəyim mənim.
Mən hara, qəm hara, ayrılıq hara,
Sən məni oyrətdin ayrılıqlara.

İzim daş üstündə bitən yazıydı,
Sözüm Babəklərin "Bəzz" qalasıydı.
Arzum xan oğluydu, bəy balasıydı,
Həsrətin eşqimi gətirdi zara,
Sən məni öyrətdin ayrılıqlara.

2011

BU GÖZƏL

Ağ geyindi, ağ şəfəqə bələndik,
Ağ gunlərin şoləsidir bu gözəl.
Məhəbbətin, sədaqətin, sevginin,
Fəth olunmaz qalasıdır bu gözəl.

Ağ sinəsi bəslənibdir kölgədə,
Eşqimizin aynasıdır bəlkə də,
Hava kimi hər yerdə, hər bolgədə,
Köksümüzə dolasıdır bu gözəl.

Kəlmələri bir ətirli cicəkdi,
Mən bir ələm, o əlcatmaz ətəkdi.
Hər kirpiyi bir can alan mələkdi,
Huri-qılman balasıdır bu gözəl.

Qorxuram ki, bir soz cıxa dilimdən,
Səadətim ucub gedə əlimdən.
Əcəl bizə macal versə olumdən,
Canımızı alasıdır bu gözəl.
Kim gorubsə bu afəti dunyada,
Hec tukənməz məhəbbəti dunyada.
Elə bil ki, müvəqqəti dünyada,
Həmişəlik qalasıdır bu gözəl.

Sağalmazmı yar vurduğu yaralar,
Axı bunca zulm eyləməz yara yar.
Bir soz desəm, qəzəbindən qaralar,
Dindirməsəm, solasıdır bu gözəl.

Didim-didim hicri didib konlumu,
Konul olan vaxtı gedib konlumun.
Bu yaşımda məcnun edib konlumu,
Səhralara salasıdır bu gözəl.

Aman allah!-ala gozlər süzüldü.
Əl-ayağım yerdən-goydən üzüldü.
Nöyzənbillah, ya Allahın özüdür,
Ya Allahın bəlasıdır bu gözəl.

AXTAR

Məni qəlbində gəz, gözlərində gəz,
Nə İranda ara, nə Çində axtar.
Dilimin sözünö sozlərində gəz,
Əlimin izini saçında axtar.

Yoxamsa çiçəyin, otun yadında,
Yaxının, doğmanın, yadın yadında,
Görsən ki, çıxıbdır adım yadından,
Adımı diliyin ucunda axtar.

Gəl salma abırdan, həyadan məni,
Sən oldun yuxudan oyadan məni.
Qolazla ən hundur qayadan məni,
Ən zərif güllərin içində axtar.

Orda da yoxamsa bəs hardayam mən,
Arayıb, axtarıb, gəz-hardayam mən.
Desələr olmüşəm, məzardayam mən,
Sən məni əkində, biçində axtar.

Bir kovrək aşiqin yuxusunda gəz,
Bir sevən ürəyin duyğusunda gəz.
Yetim bənovşənin qoxusunda gəz,
Qərib durnaların köcündə axtar.
2010

SEVGİDİR

Canı can istəyir, qanı qan cəkir,
Bu punhan duyğunu adı sevgidir.
Balıncı başımın altından cəkir,
Bu odur,
Bu odur,
Odur – sevgidir.

Haqsız qınaqsa da, nahaq qansa da,
Qəfil sınaqsa da, imtahansa da,
Ondan necə kərə ağzım yansa da,
Ağzımın ləzzəti, dadı sevgidir.

Ey durub qəsdimə, yol kəsən gözəl,
Mənim taleyimsən bəlkə sən, gözəl.
Olsan ürəyimə yol gəzən, gözəl,
Mənim ürəyimin kodu sevgidir.

18 .08.2015

Bütün xəbərlər Facebook səhifəmizdə