Unudulmaz müəllimim Bəxtiyar Vahabzədənin əziz xatirəsinə həsr edirəm:

Bir türk oğlu, türk köçdü

Bu dünyadan, o dünyaya,

Özü ilə millətinin

Dərdin, sərin, həsrətini apardı

Ürəyindən neçə-neçə

Deyilməmiş sözü qaldı

Sinəsində od qaladı

Qistisinə cahan qızdı.

Odu söndü, közü qaldı.

Özü getdi, bu dünyada sözü qaldı.

Bəxtiyarsız yaşayırıq neçə vaxtdı.

Bəxti qara dünyada

Ürəyini məşəl etdi

Millətinin yolunda.

Bu məşəllə isindirdi

Bütün Turan elini

Yetim qalıb el-obamız

Gör nə vaxtdır,

Bir söz deyən,

Söz eşidən yoxdur daha.

***

90-cı ilin o müdhiş, qanlı, qadalı

20 yanvar gecəsi, qanlı yanvar gecəsi.

Səhər gözün açmamış

AzTV-yə gəlmişdi...

Əllər əsir, çənə əsir,

Durmur gözlərində yenə çeşməyi.

Elə bil ki, o dünyadan

Bu dünyaya gəlmişdi

"Sən rus generalı deyil,

Faşist generalısan "cənab" Ovçinnikov,

Qırdırdın əli yalın, silahsız millətimi"

Tüpürdün bir lopma, murdar sifətinə

Soyumadı nifrətin..

Son sözündə dilə gəldi,

Bir arzun da.

"Cahargahın mayesində"

Basdırarsız məni dedin.

Son nəfəsdə yaradana inan dedin.

Pislik etmə insanlara, insan oğlu

Yaman dedin, böyük ustad,

***

Son sözünü...

Zamanı sən öz içində

Apardın bu dünyadan

O dünyada yeni zaman qurmağa.

Zöhrab Zeynallı

Əməkdar jurnalist, prezident təqaüdçüsü

Bütün xəbərlər Facebook səhifəmizdə