(Poemadan bir parça)
...İyirmi yanvarın
dəhşəti...
dərdi...
Hər evdə göz yaşı,
hər yer
kədərdi...
Qorbaçov,
Yazov,
Bakatin
ana südü əvəzinə
qanın içdi
bir millətin.
Nə yaş həddi
gözlədilər,
nə qoca, cavan
bildilər.
Fidan, körpə,
qundaq,
çağa...
"Ana" deyə bağıraraq
qan içində çapalayan
rəhmim gəldi
bir uşağa.
Qıçları dibdən
üzülmüş,
Əli əllərdən
üzülmüş,
ixtiyar bir
qoca gördüm
tank altında
qalmamaqçün
sürünürdü qan içində
dizin-dizin,
asta-asta,
torpaq üstə.
Halsız,
taqətsiz
bir xəstə
nə yeridi,
nə dayandı,
keçidlərdə
çaşıb qaldı.
Tank onu
ağzına aldı
tırtıllar altına saldı,
xıncım-xıncım
doğradı.
A...a...a...x...x...x!!!
Dəhşətə
b...a...a...a...x...x...x!!!
Bu hadisə
insanların ürəyini
dağlayırdı.
Hər kəs baxıb
qəzəbindən,
hiddətindən
ağlayırdı.
Həmin gecə
sübhə kimi
için-için ağlayaraq,
göz yaşları
axa-axa,
zülmət kimi
qaranlıqda
künc-bucağa
baxa-baxa
ana gəzdi
küçələri.
Tək deyildi
həmin ana.
Ürəkləri yana-yana
axtarırdı balasını
onun kimi
neçələri.
heç bilmirəm
tufan,
tüğyan,
zəlzələmi,
qasırğamı
adlandırım o gecəni,
hökumətin
öz xalqında
yaratdığı
təlatümü,
vahiməni?!
Bu nə dövlət?!
Nədir görən
bu ədavət?!
Bəlkə bu da
russayağı
bir "ədalət"?!
Bu nə rəhbər?!
Hitler kimi
qan içəndən
daha betər
vəhşi xislət!
Həmin gecə sübhə kimi
dayanmadı
top atəşi,
güllə səsi,
anaların ərşə qalxan
ah-naləsi,
yaralılar
iniltisi,
bağırtısı,
ambulanslar
uğultusu,
gəmilərin
hayqırtısı...
Tanklar eşdi
küçələri.
Fərəhlənir,
sevinirdi
Qorbaçovun
əsgərləri.
Qəribə bir müharibə:
"Qoruyarkən"
bu ölkənin
hər qarış
torpağın, daşın,
qırıb tökdü
yüzlər ilə,
minlər ilə
vətəndaşın,
öz "qardışın",
öz "yoldaşın"
(Saxta sözlər
yığın-yığın...
Cırıldı maskası
işğalçılığın).
"bizim"
sovet əsgərləri,
Qorbaçovun
nökərləri.
SSRİ...
Bu dövlətin
rəhbərinin
vəhşiliyi
mat qoymuşdu
zəmanəni.
Ürəyimdə bu dövlətə
tükənməz bir
nifrət doğdu.
Qəhər tutub boğazımdan
boğdu,
boğdu
o gün məni.
Düyünləndi
dərd sinəmdə
İstədim ki,
həyatını istiqlala
qurban verən,
qan gölündə çapalayan
şəhidlərlə
həmin gecə
ölüm mən də.
Dünya bar-bar
bağırırdı,
bu dəhşətli
vəhşiliyə
nifrət,
lənət yağdırmağa
yer üzünü
çağırırdı,
çağırırdı.
Moskva!
Moskva!
hər tərəf çovğundur,
hava çox soyuq.
Düşmən ayıq idi,
düşmüşdü duyuq.
İndi çıxış etmək
çətindən
çətin.
Bəs kim deməliydi
dərdin
millətin?!
Dünya kimdən
eşidəydi
Azərbaycan
həqiqətin?!
Danışırdı
izdihamda
Dədə Qorqud
dərrakəli,
bir nurani,
dünyagörmüş
aqil bir kəs.
Vətinimə,
millətimə
doğma idi,
əziz idi
necə bu səs!
Danışdığca
dərd əlindən
alışırdı.
Elə bil ki,
məcrasına sığışmayan
Araz coşur,
Kür daşırdı,
tufan
qopur
mavi gözlü
Xəzərimdə,
ucaldıqca
ucalırdı
zirvələrin
zirvəsinə
millətimin
nəzərində.
Bu dənizin dalğaları
vahiməyə
saldı o gün
Kremldə
ağaları.
Bu danışan
nitqi zivər
bir igiddi,
nərdi,
ərdi
millətimə
bir gövhərdi.
Bu danışan
ölkəmizə
aydın səma,
düşünən sər,
millətimin
səsi HEYDƏR...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB