Ədəbiyyat tribunası

Bu gün məmləkətimizdə bədii yaradıcılıqla məşğul olanlar həddindən artiq çoxdur. Və bu çoxluğun içərisindən yaxşiları, əsl bədii əsərləri seçmək də çətindir. Amma bütün bunlara baxmayaraq, yaxşı əsərlər daha tez özünə oxucu cəlb edə bilir və dillərdə əzbər olurlar.

Bu yaxnlarda Siyəzəndə yaşayıb-yaradan şair-həkim Firdovsi Hacısoy Ələmoğlu "Kökə bağlıdır" ikinci şeirlər kitabını mənə təqdim etdi. Bu kitabı böyük maraqla oxudum. Kitabda ən çox xoşuma gələn müəllifin şeirlərinin axıcılığı, xalq adət-ənənələrinə yaxşı bələd olması və mövzu rəngarəngliyi oldu. Kitabla bağlı fikirlərimi ayrıca ressenziya kimi yazacam. Amma onu vurğulamaq istəyirəm ki, Firdovsi həkim çox gözəl təbib olmaqla yanaşı, pozeya aləmini də dərindən və incəliklərinə kimi bilir.

Firdovsi Ələmoğlu Hacısoyun qısa həyat tarixçəsilə oxucuları yaxından tanış etmək istəyirəm. O, 1954-cü ildə Siyəzən rayonunun Kiçik Həmyə kəndində anadan olub. 1969-cu ildə həmin kənddə 8 illik təhsilini başa vurduqdan sonra 1960-1971-ci illərdə Bakı şəhərindəki Kimya-Biologiya Təmayüllü məktəbdə təhsil alıb. Bədii yaradıcılığa da orta məktəb illərindən başlayıb. İki il ordu sıralarında xidmət etdikdən sonra təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda davam etdirib. Ali təhsilli həkim kimi 1982-92-ci illərdə Şabran rayon Mərkəzi xəstəxanasında baş həkimin müavini və cərrah işləyib.

Hazırda isə Siyəzən rayon Mərkəzi Poliklinikasının baş həkiminin müavini vəzifəsində işləyir.

Biz inanıriq ki, çoxminli oxucularımız onun şeirlərini oxumaqla, onları düşündürən suallara bu şeirlərdən cavab tapmaqla, belə maraqlı bədii əsərlərdən layiqincə bəhrələnəcəklər. Firdovsi Hacısoy Ələmoğluna bir dost kimi məsləhətim budur ki, ömrünün bu müdrik çağında, gənclik həvəsilə yazıb-yaratsın. Çünki deyilən və yazilan hər bir söz, bizdən gələcək nəsillərə yadigar qalir. Gələcək nəsillərimiz də bu günün tarixini, ab-havasını , əsl həqiqəti bizim yazdiqlarmızdan öyrənə bilərlər. Axı əsirlər boyu hər hökmdar tarixi özünə, öz düşüncə tərzinə, öz marağına uyğunlaşdirib və yazdırıb. Amma əsl, düzgün tarixi biz yalnız bədii əsərlərdən öyrənə bilirik. Necə ki, dahi yazarlarımız Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İnadəddin Nəsiminin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Məhəmməd Hadinin və başqalarinın əsərlərindən həmin dövrlərin həqiqətlərini layiqincə öyrənə bilmişik.

Beləliklə, Firdovsi Ələmoğlu Hacısoyun yaradıcılığindan bəzi nümunələri sizə təqdim edirik. Buyurun tanış olun əziz oxucular.

Ağalar İDRİSOĞLU

Yazçı-rejissor, Əməkdar İncəsənət Xadimi

Firdovsi Ələmoğlu Hacısoy

Şeir deyilmi?!..

(Dostum, qardaşım, qələm yoldaşım "Azad Azərbaycan" qəzetinin əməkdaşı, Əməkdar incəsənət xadimi, yazıçı, rejissor, jurnalist

Ağalar İdrisoğluna mətbuat günü münasibəti ilə ithaf edirəm)

Mənə şair deyən dostum,

Vallah mən şair deyiləm.

Ürəyimə qəfil gələn

Sözlərdən şeir deyirəm.

Səhər günəş çıxıb,

dan söküləndə,

bərq vuran naxışlar

Şeir deyilmi?!

Üzünə qəfildən

çıxan gözəlin,

Süzgün baxışları

Şeir deyilmi?!...

Quşların cəh-cəhi, ətirli mehin

Çəmənə düzülən muncuqlu şehin,

İnsana zövq verən bu gözəlliyin

Qəlbi oxşaması

Şeir deyilmi?!...

Yaşamaq eşqiylə vuran ürəyin,

Böyük arzulardan yazan şairin

Bunu mən demirəm, bəlkə siz deyin

Yazıb, yaratması

Şeir deyilmi?!...

Tezdən öz yarını gülər üz görüb,

Həm də saçlarını o qoşa hörüb

Şeytan baxışıyla könlünə girib

Ürəyini alması

Şeir deyilmi?!...

Körpə təbəssümü sirli bir aləm,

Bunu təsvir etməz, ən güclü qələm

Uşaq bir aləmdi, həyat bir aləm

İnan heç bilmirəm, bu sözlərimi

Ürəyim deyirmi, dilim deyirmi

Bax bunun özü də

Şeir deyilmi?!...

Dağları, daşları ərmağan edən,

Dolub, həm boşalıb hey dövran edən,

Həm dərdini verib, həm dərman edən

Ölümlə, qalıma sərəncam verən

Ey onun qədrini bilən, bilməyən

Yenə də deyimmi, yenə deyimmi,

Bu gözəl dünyamız

Şeir deyilmi?!...

22.07.2015

Xocalı faciəsi

( lirik-epik poema)

Yaxın keçmişlərə gedir xəyalım,

Düşəndə yadıma cənnət Xocalım!

Dayanır ürəyim, dəyişir halım,

Düşmən tapdağında qalan Xocalım!

Biz ona dost dedik, o bizə düşmən,

Xain ermənilər aldatdı bizi.

Çörəyi dizinin üstündən düşən,

Bu alçaq dığalar qırdılar bizi.

Hücum planını qurub öncədən,

Bir qış gecəsində hücum etdilər.

Qırıldı millətim o gün, heç nədən,

Bizi qanımıza qəltan etdilər.

İyirmi altı fevral, sərt qış gecəsi,

Şaxta qılınc kimi kəsir dörd yanı.

Doxsan ikinci il, bayram öncəsi,

Axdı su yerinə millətin qanı.

İsti yatağında yatan körpələr.

Top, tüfəng səsindən diksindi birdən,

Ağsaqqal babalar, qoca nənələr.

Tez ayağa qalxdı güllə səsindən,

Əvvəl yalvardılar, bəlkə dəyməzlər,

Gördülər azğınlıq baş alıb gedir.

Qaranlıq gecədə parlaq süngülər

İnsan bədənindən "baş alıb" gedir.

Can şirin olsa da, övlad lap şirin,

Bir gəlin bağrına basdı körpəsin

Yıxıldı üstünə, düşmən görməsin

Ağzında qoydular "Allah"kəlməsin.

Külək də kəsməyir uğultusunu,

Tırtılların səsi qulaq batırır.

Eşitdikcə güllə vıyıltısını.

Hamı Allah deyib, tez yerə yatır.

Pirani bir qoca əlində çomaq,

Ayaqyalın, çılpaq çölə atılır

Bayırda pusquda duran bir alçaq

Onun sinəsinə süngü batırır

Bulanır qanına bu cansız qoca

Gecənin bu zülmət qaranlığında.

Oğlu yatağından qalxıb durunca,

Atası can verir düz qabağında

Oğul dəli olur bu mənzərədən,

Əlinə keçəni tullayır ona

Birdən ağrı qopur düz kürəyindən,

Onu da keçirir düşmən süngüdən.

Bir bacı, bir qardaş, yolunu azıb

Qaçıb meşəlikdə daldalanıblar.

Ayaqlar yalındır, yaxalar açıq,

Bu zülmət gecədə çaşıb, qalıblar.

Qardaşın çiynində ovçu tüfəngi,

Onu əsmə tutub, yoxdur taqəti.

Ağ-appaq kağızdır, qaçıbdır rəngi,

Barmağın tətikdə tutub xəlvəti.

Bacının gözləri alçalanıbdır,

Sinəsin əliylə örtür bayaqdan.

Ayaqlar yalındır, qançırlanıbdır,

Gizləyir üzünü, o qardaşından.

Qardaşın ürəyi çıxır, yerindən,

O vicdan əzabı çəkir bu anda.

Bəzən də diksinir güllə səsindən,

Diz çökür bacının düz qabağında.

Bilmir özün vursun, yoxsa bacısın,

Düşmənə o təslim olmamaq üçün.

Çəkir bu zülümün indi acısın

Düşünür o, əsir qalmamaq üçün.

Qəfildən atışma səsləri gəlir,

Ulaşır düşmənlər ac canavar tək.

Bacı inildəyir, onu səsləyir,

Qıvrılır yerində o, can verərək.

Gözlərini yumub qardaş bayaqdan,

Tüfəngi tuşlayır, bacıya sarı.

Bir gicilti keçir, ayaqdan, başdan,

Xəbəri yoxdur ki, olub sap-sarı.

Yaxın keçmişlərə gedir xəyalım,

Düşəndə yadıma cənnət Xocalım!

Ağrıyır ürəyim, dəyişir halım,

Düşmən torpağında qalan Xocalım!

Tətiyi çəkməyə ürəyi gəlmir,

Deyir:- əsir düşsək görən nə olar.

Birdən nəyisə o, tez fikirləşir

Deyir:-igid ölər, adı ki, qalar.

Bağlayır tətiyə ipək ipliyi,

Tutur dişlərinin arasında o.

Qıcanır dişləri, çəkir tətiyi,

Od-alov içində sanki yanır o.

O donub, hiss etmir daha heç nəyi,

Ağlamaq istəyir, gülür nədənsə.

Bircə tüfəngidir onun köməyi.

Qaçır meşə boyu o, bir nəfəsə.

Yorulub oturur, baxır tüfəngə,

Bir patron da qoyur, güllə yerinə .

Karıma bu patron gələcək bəlkə :

-Deyib tüfəngini atır çiyninə.

Yenə kəsilməyir atışma səsi,

İnsan bağırtısı qulaq batırır.

Qəfildən səs gəlir, bir layla səsi

Yaralı bir ana körpə yatırır,

Deyirəm bu dünya düzələn deyil,

İnsanlar qaynayıb, qarışmır niyə?!

Allah da bu işdən xəbərsiz deyil,

Xəbəri varsa da, qarışmır niyə?!

Yəqin seyr eləyir o bu cahanı,

Görür beşdən biri düzəlmir hələ

Bəs niyə yaratdı görən insanı?!

Bəlkə bunu etdi, o bilə-bilə.

İnsanlıq tükənir, nadanlıq artır,

Bu dünya uçurum kənarındadır,

Kimisi ac qalıb, çörək axtarır.

Kimisi var dövlət harayındadır.

Biləklər bağlanır dəmir qandalla

Danışan ağıza qıfıl asırlar

Biz hara gedirik bu minivalla?!,

Haqqı söyləyənə "damğa" basırlar.

Yenə də edirlər ayrı seçkilik,

Dünyada dinlərin savaşı gedir.

Sonra nə olacaq heç kim bilməyir,

Hər yanda din, məshəb davası gedir.

Tək Allah eşqiylə yaşayan insan,

İndi milyon yerə parçalanıbdır.

Dünya məhvərindən çıxır, baxırsan

O da neçə yerdən paralanıbdır.

Ağlımız kəsəndən biz Allah dedik,

Dedik bölünmərik onun eşqinə.

Asi olduq ona əməl etmədik,

Nə məshəbə gəldik, nədə ki, dinə.

Yalanlar söylənir Allah adından

Biri digərinin evini yıxır.

Arvadlar söz verir kişi adından,

Axırda kişilər günahkar çıxır.

Nə keçir, insanın fikrindən görən?!,

Bu gözəl dünyanı məhv eləməkmi?!

Əbədi yaranıb dünya mən bilən

Görən onun sonu görünəcəkmi?!

Deyirəm bu dünya düzələn deyil,

İnsanlar qaynayıb qarışmır niyə?!

Allah da bu işdən xəbərsiz deyil,

Xəbəri varsa da qarışmır niyə?!

Ey bəşər övladı, dinlə sən məni,

Kimlərə qalmışdır bu fani dünya

Bir anlıq gəl eşit, sən mən deyəni

Qaynayın, qarışın şad olsun dünya

Çıxarın siz yaddan kin küdurəti,

Tək Allahı eşqinə barışın barı

Unudun əbədi siz ədavəti

Dünyada qalacaq, dünyanın malı

30. 04.2015

O günə daş düşəydi

O günə daş düşəydi mən səni görən yerdə

Töküləydi gözlərim, kaş səni görməyəydim

Elə peşimanam ki, nə yerdəyəm nə göydə

"Məhəbbət kor olarmış" sözünü deməyəydim

Heyif gözəlliyyinə, xasiyyətin yox imiş

Niyə qamaşdı gözüm mən bunları görmədim,

Sənin acı sözlərin ürəyimə ox imiş

Sən danışdın, mən susdum xatirinə dəymədim

Kim deyir ki, məhəbbət ürəkdə yox, gözdədir.

Hər deyilən sözü biz məhək daşı etməyək

Sevəndə tələsməyək taxsır özümüzdədir

Hər görülən dağa biz, dağ deyib yüyürməyək.

20.12.2014

Demə məhəbbət də saxta olarmış

Gecələr gözümü sıxıb yastığa,

Sənin həsrətinlə ağlayıram mən.

Artıq öyrənmişəm mən tənhalığa,

Hər gecə yasını saxlayıram mən.

Niyə dönük çıxdın sən öz əhdinə,

Bir nakam sevgiyə tuş etdin məni?!.

Yəqin sən durmuşdun mənim qəsdimə,

indi bağışlayım necə mən səni?!.

Verdim gəncliyimi, verdim yellərə,

Aldanıb mən sənin şirin dilinə.

İndi gecdir daha, düşdüm əllərə,

Mən səni boğardım keçsən əlimə.

Demə məhəbbət də saxta olarmış

Saxta buraxılan qara pul kimi

Kor etdi bil məni, o, saxta baxış

Tutub gözlərimi qara tül kimi

04.12.2014

Gözün aydın Heydər Baba!

Görkən dağa nəyə lazım bələdçilik

Vətənimdə gözləyirik qonaqları

Yad fikirlər oldu bu gün çilik-çilik,

Ölkəmizdə keçirilir ilk Avropa oyunları!

Qoca qafqaz yaxşı bilir ölkəmizin qüdrətini

Azərbaycan yayır bu gün hər bir yana şöhrətini

Tanımayan varsa əgər qoy tanısın millətimi.

Yana-yana qoyacağıq, biz yenə də bu yanları!

Ölkəmizdə keçirilir ilk Avropa oyunları!

Məşəlimiz yanar şamdır, o əbədi yanacaqdır

Düşmən baxıb pərt olacaq, yana-yana qalacaqdır.

Azərbaycan öz adını tarixlərə yazacaqdır

Heyrətdədir bu gün yenə bütün dünya insanları,

Ölkəmizdə keçirilir ilk Avropa oyunları!

On iki iyun iki min on beş

Vətənimin ad günüdür.

Tarixlərə həp yazırıq biz beşdə beş

Xalqımızın şad günüdür

Ürəyimdə neçə arzum vardır mənim bundan belə

Biz gedirik gələcəyə, rəhbərimiz İlham ilə!

Odur bizə ruh verən öz ağlı, öz kamalıyla.

O, vergidir enib göydən, işıq saçır amalıyla.

Sən ondakı ürəyə bax, qoşulubdur camaata

Məşəl tutub o, əlində gülümsəyir bu həyata

Ruhun şad olsun sənin, ulu öndər, Heydər ata.

Oğlun, qızın bəxtiyardır, yaşayırıq xoş anları

Gözün aydın, Heydər baba

Ölkəmizdə keçirilir ilk Avropa oyunları.

09.06.2015

Qibtə eləyirəm

(Gözəl xanım, Məryəm müəlliməyə ithat edirəm)

Bəlkə düz qalmayıb yadımda mənim,

Qaraşın qız idin, sən dərs deyəndə.

Qaçardı dodağın, Məryəm müəllim,

Bizlə söhbət edib, deyib güləndə.

İti baxışların var idi onda,

Zəhmindən az qala tir-tir əsərdik.

Gör nələr var imiş tale yazımda,

60-ı ötdüm, sonra görüşdük.

Bir dəfə görüşdük səninlə yolda,

Dedim gəl aparım səni maşınla.

Yenə gülümsədin, qaçdı dodağın,

Dedin gedəcəyəm öz ayağımla.

Baxdım o ağarmış saçlarına mən,

İnan ki, kövrəldim özüm-özümdən.

Dedim qocalmısan, dinmədin nədən?!

Ağladın, göz yaşı axdı gözündən.

Sonra taleyindən danışdın mənə,

Nə qədər əzablar çəkmisənmiş sən.

Qibtə eləyirəm, müəllim sənə,

Yenə şagirdinlə deyib, gülürsən.

27.01.2014 0530 Siyəzən

Mənim İlhamım

(Aşıqsayağı)

Bu gündən sabaha körpülər salan,

Xalqının gözündə hər gün ucalan,

Bayrağı hamıdan yüksəkdə duran,

Vardır ölkəmizdə tarix yazanım!

Gör nələr yaradır mənim İlhamım!

Vardır el içində böyük hörməti,

Ağ günə çıxıbdır onun milləti

Boldur vətənimin nefti, sərvəti,

Odur ümüd verən, odur həyanım!

Gör nələr yaradır mənim İlhamım!

Düşmənin gözünə ox kimi batır,

Ayağı altında milyonlar yatır,

Qara qızılını dünyaya satır,

Ona kömək olsun gözəl Allahım!

Pis gözə gəlməsin mənim İlhamım!

Firdovsiyəm, odur ilham verənim,

İlhamsız heç zaman yazmaz qələmim,

Halaldır dostlara duzum, çörəyim,

Vardır tükənməyən dövlətim, varım

Pis gözə gəlməsin mənim İlhamım!

Ona kömək olsun gözəl Allahım!

16.12.2014

Məmməd Araz

Özünə təxəllüsü,

Məmməd, Araz götürdü,

Araz kimi coşdu O ,

Araz tək, köks ötürdü.

Yazdı doğma vətəndən,

Həm səndən, həm də məndən,

Yaşadı kişi kimi.

Əl açıb dilənmədi,

Söz üçün o, kimsədən.

Dedi mənim Arazım,

Bu dərdi hara yazım.

İki sahildə qalıb,

Mənim baharım, yazım.

Arzusuydu birləşsin,

Güneylə quzeyimiz.

Kaş quruyaydı Araz,

Birləşəydi elimiz!

Niyə ayrı düşdük biz,

Kim idi təşkil edən.

Iki yerə bölündü,

Bir ikən, bütöv bədən.

Lənət pis adamlara,

Ikiyə böldü bizi.

Onlar həsrət qoydular,

Bir üzə, obri üzü.

Nə dedi dünyadan doymayanlara;

Dünya mənim, dünya sənin dedi O,

Dünya qalmayıbdır ulu şahlara.

Dünya heç kimindir dedi getdi O.!!!

16.02.2014. saat 18:30 Siyəzən

Kimlərə qalıb bu dünya

Ömür dönür günə aya,

Əriyib gedir haraya?!,

Pərtlik salmayaq araya,

Bir gün hamı köç edəcək,

Kimlərə qalıb, bu dünya?!.

Yeyib içib əylənirik,

Nə olacaq, bilməyirik,

Savaş gedir, dinməyirik,

Heç kəs gəlməyir haraya,

Kimlərə qalıb, bu dünya?!.

Dərd yığılıb qalaq-qalaq,

Dərdləri gəl birgə yuyaq,

Olmayaq biz soyuq, uzaq,

Məlhəm olaq bir yaraya,

Kimlərə qalıb, bu dünya?!.

Dindirməsən, dinmir qardaş,

Adam qalır tamam çaş-baş,

Söhbət edər, düşər savaş,

Ömrü verməyək havaya,

Kimlərə qalıb, bu dünya?!.

Gəlin olaq biz mehriban,

Can söyləyək, eşidək can,

Hamı desin qoy ucadan,

Birgə çataq arzulara,

Kimlərə qalıb bu dünya?!

17.01.2014 saat 03:50

Siyəzən

Həmyə gözəldi

Deyirəm hərənin bir vətəni var,

Mənim də vətənim Kiçik- Həmyədi.

Bol məhsul yetirən qumlu çölləri,

Mavi Xəzərimin sahilindədi.

Cərgəyə düzülüb üzüm bağları,

Vardır Fikrət kimi mərd oğlanları.

Yoxdu tanımayan bu qardaşları,

Adil də, Azər də hamı gözəldi,

Rauf seyr etdikcə baxıb dörd yana,

Deyir ehtiyac yox, burda dərmana.

Siz xoş gəlmisiniz bizim ünvana,

Gəlin yeyib – içək, dövran bizimdi.

Hər yan yamyaşıldır, həm dağ, həm dərə,

Çinarlar baş vurur uca göylərə.

Gözəldir həm Kiçik, Böyük Həmyə də,

Camaat mehriban, üzü gülərdi.

Firdovsi vəsf etdi doğma vətənin,

Söylədi o sizə, öz gördüklərin.

Çəkməsəm adını Hacı Fərəcin,

İnciyər qardaşım, qoy inciməsin.

Siyəzən 12.03.2014

Günahkar özüməm

Çoxdandır həsrətəm gözlərinə mən,

Nədən gözlərinə qaranlıq çöküb?!

Bəlkə dözməmisən ayrılığa sən,

Köhnə xatirlər yadına düşüb?!.

Yəqin yadındadır ilk görüşümüz,

Sən donub qalmışdın, mənsə baxırdım.

Məni ovsunladı parlaq gözlərin.

Bir cüt ulduz idi, göydən baxırdı.

Yəqin yadındadır, bir aylı gecə

gəlmədin görüşə görərlər bizi.

Bizə həmdəm oldu qaranlıq gecə.

O gün gəlməsəydin ölərdim düzü

Sarmaşıq kolu tək sarmaşardıq biz.

İçdən bir istilik alardı bizi.

Sakit pıçıltıyla danışardıq biz,

Eşidən olmasın qoy səsimizi.

Əlim toxunanda zərif telinə

Nədənsə əllərim əsərdi mənim.

Qolumu dolardın incə belinə

Sıxardım, deyərdim mənimsən, mənim.

Kim oldu günahkar sən bilmədin heç,

Bir şeytan əməli ayırdı bizi.

Bəlkə də gəlmisən günahımdan keç,

Günahkar özüməm, özüməm düzü!

18.12.2014

Ələbaxan olma sən

Başqasının yolunda öldürürsən özünü,

Bir gün də vaxt ayırıb, öz qayğına qalsana.

Söz deyirəm mən sənə, sən döyürsən gözünü,

Özgəyə yalvarınca, özünə yalvarsana.

Allah verib iki əl, iki də ayaq sənə,

Sən əyilib gəzirsən, niyə edirsən belə,

Ağılın da yerində, özün də dəftərsinə,

İşləmək istəmirsən, gücü verirsən dilə.

Bəsdir sən başqasının çörəyilə dolandın,

Sən də öz əməyinlə bir çörək qazansana.

Təhqiramiz sözləri yedin və daldalandın,

Barı deyilən sözdən nəticə çıxarsana.

Oğlun, uşağın baxır sənə, xəcalət çəkir

Bir onları düşünüb, bəlkə sən utansana

Hamı özü işləyir, özü əkib becərir,

Ələ baxan olma sən, zəhmətlə dolansana,

19.12.2014

El bir olsa, dağ oynadar yerindən!

(Heydər Əliyevin yaratdığı bir heykəl varsa da o, "Müstəqil Azərbaycan Respublikası"dır)

Gəzdikcə ölkəni sevinir ürək,

Gərək tərəqqiyə biz qiymət verək,

Boldur məhsulumuz, boldur çay, çörək,

Gün-gündən, ay- aydan ucalır vətən!

El bir olsa dağ oynadar yerindən!

Cərgəylə düzülüb üzüm bağları,

Bal dadır yedikcə ağ salxımları,

Qubanın, Xaçmazıın ağ almaları,

Geriyə qalmayır heç də üzümdən

El bir olsa dağ oynadar yerindən!

Dünyaya səs salıb qara qızılmız,

Vurulub taylara ağ pambığımız,

Qələbə çalmaqdır bizim arzumuz,

Buna söz veririk ey doğma vətən,

El bir olsa dağ oynadar yerindən!

Bir yanda Kür çayı, bir yanda Araz,

Sağalar yaralar belə də qalmaz,

Əməllər bir olsa vətən basılmaz,

Bu sözlər necə də gəlir ürəkdən,

El bir olsa dağ oynadar yerindən!

Bu möhkəm təməli qurub yaradan,

Düşmənə əbədi bir zərbə vuran,

Gəlməyib dünyaya Heydər babadan!

Ona səcdə edir hər gəlib, gedən,

El bir olsa dağ oynadar yerindən!

Əritdi ömrünü yanar şam kimi,

Xalqına ehtiram, ehtişam kimi,

O, gəldi dünyaya bir tufan kimi,

Ona tay olarmı görən hər yetən?!

El bir olsa dağ oynadar yerindən!

Xalqın arxa bildi daim özünə,

Xalq da qulaq asdı böyük sözünə

Çiçəkləndi ölkə onun üzünə

Xoş müjdələr gəldi hər əməlindən

El bir olsa dağ oynadar yerindən!

"Bir millət iki dövlət" dedi həmişə

Düşmənin bağrını keçirtdi şişə

Dünya niyə düşüb görən təşvişə?!

Ayrıla bilmərik biz Türkiyədən

El bir olsa dağ oynadar yerindən!

14.12.2014

Ədalət zəfər çalacaq!

Səbəb nədir,

Unudulur keçmişimiz?!

Niyə görən müşgül olur,

Günü-gündən hər işimiz?!

Cavab budur,

Unudulur tariximiz.

Unudulur

Nizamimiz, Füzulimiz,

Unudulur

Xətaimiz, Sabirimiz.

Unudulur

Cəfərimiz, Müşfiqimiz.

Yaxşı deyib bil atalar,

Keçmişinə xor baxanın,

gələcəyi ola bilməz.

Kimsə bunu

başqa yerə

yoza bilməz.

Yaxşı deyib bil atalar

tökülən qan, yerdə qalmaz.

Belə günah bağışlanmaz.

Ey millətim,

Eşidin siz bu sözləri,

Cavab verin.

Harda qaldı deyin görən,

Qılıncdan da iti olan

Sözlərimiz?!

Harda qaldı deyin görən,

İgid Oğuz ellərimiz?!

Harda qaldı deyin görən,

Gələcəyə yol göstərən,

Yaşamağa ümid verən,

Şir ürəkli Heydərimiz?!

Elə isə...

Verin mənə Koroğlunun

Qır atını,

Verin mənə Babəkimin

qollarını

Verin geyim

qara dəri yapıncımı.

izin verin

Mən and içim

Ulu öndər məzarına!

Girim döyüş meydanına!

Ehey... igid qardaşlarım

Çəkinməyin, siz hay verin

harayıma,

Girim döyüş meydanına.

Koroğlu tək nərə çəkim,

Hücum edim,

At kişnədim,

qılınc çəkim.

Qoy diz çöksün

qabağımda düşmənlərim

Olaram mən sənə qurban!

Qalx ayağa Azərbaycan!

Düşmənlərə vermə aman!

Qalx ayağa Azərbaycan!

Bağışlamaz bunu bizə,

Qoca tarix, şahid zaman!

Azərbaycan bir ordu ki,

Tarix boyu o yenilməz.

Azərbaycan bir ordu ki,

düşmən ona bata bilməz.

Azərbaycan bir ordu ki,

Torpağını almayınca,

gecə-gündüz yata bilməz.

Yoxsa vicdan əzabından,

Şəhidlərin harayından,

Yaşamaq çətin olacaq.

Alınmasa torpağımız,

qazılacaq məzarımız.

Düşmən bizə əl çalacaq.

Tələsin siz qardaşlarım

Hazır olun müharibəyə

Bu qan yerdə qalan deyil,

az qalıbdır qələbəyə

Qələbə bizim olacaq!

Ədalət zəfər çalacaq!

24.12.2014

Deyirsən gedirəm...

Deyirsən gedirəm, bir söz demirəm,

Arxanca ağlayan körpələr baxır.

Məndən incimisən, bunu bilirəm,

Onların günahı nə idi axı!

Nə dəydi, xətrinə incidin məndən,

Yersiz bəhanələr gətirmə yenə.

Niyə adi sözdən de inciyirsən,

Daha sözüm yoxdur deməyə sənə!

Mən bilirəm, nədir səni çaşdıran,

Daş-qaş hərisliyi tutub gözünü.

Kimdir de aranı, de qarışdıran,

Yoxsa unutmusan sən keçmişini!

Həyat qəlib deyil girib içinə,

Yaşayaq dünyadan xəbərsiz kimi.

Dünyanın dərdlərin salma içinə,

Əriyib gedərsən parça buz kimi!

Məndən soyumusan, inciməyirəm,

Barı uşaqlardan soyuma gəl sən.

Mən çıxıb gedərəm, körpələrini,

Ana qucağına həsrət qoyma sən!

10.10.2014

Dərsini tarix verəcək.

(01.08.2014 xəbərlərdən)

Bu gün on bir şəhid vermişik deyir,

Yenə xəbərlərdə aparıcılar.

Çoxları barlarda eyş, işrətdədir,

Hər yana səs salib göy qırıcılar!

Vicdan diksinməyir, can incinməyir,

Ağlımızı yaman itirmişik biz.

Analar dayanıb tabut gözləyir,

Buna necə dözür daş ürəyimiz!

Budurmu həqiqət, budurmu vicdan,

Hər yanda çalınır toy məclisləri?!

Cənazə qoyulur yerə tabutdan,

Bizi haraylayır şəhid səsləri!

Ehey...! qardaşlarım havamı çalın!

Qoy mən də qoşulum sizin dəstəyə!

Yox, yox siz tez məni məzara salın!

Əziyyət verməyim daha kimsəyə!

Dayanın! Çalmayın! Atışma gedir,

Bilmirsiz, dünyada oynaşma gedir.

Kimi silah tutur, vuruşa gedir,

Kimlərsə kənardan tamaşa edir.

Biz susuruq, düşmən həddini aşır,

Daha düşünməyir qonşuyuq axı.

Hörmət eylədikcə yolunu çaşır,

Heç vaxt fikirləşmir bu gün-sabahı.

Tarixin təkəri dönübdür yenə,

Ölkələr içinə çaxnaşma düşüb.

Neçə göz dikilib doğma ölkəmə,

Çatan deyir ordan bizə pay düşür.

Yenə quduzlaşıb ac ermənilər,

Toxuyur özünü iti qılınca.

Onlar da özlərin millət bilirlər,

Millət olmadınız tarix boyunca.

Cumma üstümüzə, ey quduz köpək,

Çixsan müdvərindən məhf olacaqsan!

Gözlə sən, dərsini tarix verəcək,

Çöllü – biyabanda tək qalacaqsan!

05.08.2014

"Çıraq" söylədilər sənin adına

(22 ildən artıq redaktoru olduğu İlyas müəllim başda olmaqla Siyəzən rayon "Çıraq" qəzetinin yaradıcı heyətinə ithaf edirəm)

Çoxlarının işıq saldın yoluna,

Neçə yazarların tutdun əlindən.

"Çıraq"söylədilər sənin adına

Məni də bu yola cəlb elədin sən.

Neçə qəzetlərə nümunə oldun,

Həyat işıqlandı nömrələrində.

Sən ağ vərəqlərdə ömür yaşadın

Tarixlər yaşandı səhifələrində.

22 il, böyük ömürdür

Bu ömrü yaşadan sizlərə alqış.

Hər nömrən tarixdə bir xatirədir,

Tarixi yaşadan insana alqış.

Sənin həvəsinə şeir yazıram,

"Sən" də nəşr edirsən nömrələrində.

Mən, sənin imzanı "İlyas" yazıram,

Buna layiqi var müəllimin də.

Siyəzən, 18.06.2014

Bircə məhəbbəti alma əlimdən

Hər deyilən sözə inanma gülüm,

Məhəbbət gələndə heç yaşa baxmır.

Məhəbbət elə bir fırtınadır ki,

Gələndə enişə, yoxuşa baxmır.

Demə məhəbbətdən yazma sən daha,

Məhəbbət olmasa mən nə edərdim?!

Məhəbbətsiz həyat varmı sən allah?!

Məhəbbətsiz səni necə sevərdim?!

Bil dünyalar qədər istərəm səni,

İstəsən pay verim lap ömürümdən.

Əgər zərrə qədər sevirsən məni,

Bircə məhəbbəti alma əlimdən.

Məhəbbətsiz həyat heç varmı görən?!

Firdovsi de onsuz yaşarmı görən?!

Hər nəyim varsa da al sən əlimdən

Bircə məhəbbəti alma əlimdən!

20.12.2014

Çiçəklən, çiçəklən Azərbaycanım!

(Aşıq havası)

Tarixlər şahidi qədim Naxçıvan

Boy atır, ucalır hər gün durmadan,

Ey yaşıl ormanlı gözəl Lənkəran,

Sizə qurban olsun bu əziz canım!

Çiçəklən, çiçəklən Azərbaycanım!

Var gözəl qızların, mərd oğlanların,

İşıqlı sabaha gedir yolların

Gəlin alqışlayaq bu insanları,

Sənə qurban olsun bu əziz canım!

Çiçəklən, çiçəklən Azərbaycanım!

Açıb qucağını bu gün Siyəzən,

Qonaq qarşılayır yenə deyəsən,

Üzümü, qarpızı gəlir Həmyədən

Boldur məhsulumuz, boldur ay canım!

Çiçəklən, çiçəklən Azərbaycanım!

Firdovsiyəm gəzir göydə xəyalım,

Hələ qabaqdadır çox arzularım,

Heyranam hüsnünə doğma diyarım!

Sənə qurban olsun bu əziz canım!

Çiçəklən, çiçəklən Azərbaycanım!

17.12.2014

Bu dünyanı, sən nə bilmisən

Alıb ağuşuna ilk gündən bizi,

Çəkir başımıza sığalı dünya.

Sonra bir fənd ilə qatlayır dizi,

Utanıb eləmir, həyalı dünya!

Kimi at oynatdı, çəkdi qılıncın,

Nə qədər məzlumun başını kəsdi.

O, həm dərdin verdi, həm də əlacın,

Bilin, başdan-ayaq hiylədi dünya!

Çəkib örpəyini gözünün üstə,

Dedi ki, görmürəm, bəxtini istə.

Kimini şad etdi, kimini xəstə,

Niyə deyirlər bəs, yalandı dünya.

Aldı əlimizdən, ata, ananı,

Axdı göz yaşımız, o diksinmədi.

Allah verənidi, o aparanı,

Olub keçənləri bilmədi dünya!

Qoydu başımıza dünya, tacını,

Tökdü üstümüzə, ağrı, acını.

Dərddən, unutdu bil, qardaş bacını,

Görən niyə belə sirlidi dünya?!

Firdovsi, halını pozma heç də sən,

Gözlə öz növbəni, gələcək növbən.

Bu qoca dünyanı, sən nə bilmisən,

Hərəni yoluna qoyandı dünya,

Heç kim söyləməsin yalandı dünya!

Siyəzən 21.02. 2014

Bu dünya heç kimindir

Mənim bircə dünyam var,

O, da mənim içimdə.

Mənim bircə aynam var,

Göstərər bir biçimdə,

Dünyaya gələn gündən,

Dünyam da doğuldu tən,

Yer axtardım özümə

Məskənim oldu Vətən,

Görən niyə doğulduq,

Varmı səbəbin bilən?!

Dərd içində boğulduq,

Nə çoxdur dərddən ölən.

Çağırırsan hay vermir,

Görən dünya nəyimdir?!

O, yaxın, uzaq, bilmir,

Bu dünya heç kimindir

09.05.2015

Çağlayan bulaqdır mənim ilhamım

İstərəm mən dağdan, arandan yazım,

İstərəm ürəkdən, mən candan yazım,

İstərəm bu gözəl dövrandan yazım.

Qaynayır damarda, qaynayır qanım,

Çağlayan bulaqdır mənim ilhamım!

İstərəm dağları çəkəm nəzimə,

Arxayın deyiləm bir az özümə,

Qələm də baxmayır deyən sözümə,

Onda qoy mən çöldən, çəməndən yazım,

Çağlayan bulaqdır mənim ilhamım!

Qədim "Çıraqqala" qeyrət qalası,

Durur keşiyində hər daş, qayası,

Sərin bulaqları bir buz baltası,

Mən necə yazmayım, necə yazmayım,

Çağlayan bulaqdır mənim ilhamım!

Çox arzular keçir bil ürəyimdən

İstərəm Qusarı vəsv eləyim mən,

Xoş müjdələr gəlir ləzgi elindən,

"Can qardaş" deyərək tutur əlimdən,

Mən belə dostlardan necə yazmayım,

Çağlayan bulaqdır mənim ilhamım!

Süfrəsi açıqdır onun qonağa,

Bircə yol düşəydim mehman olmağa,

Qonaq edəydilər bala, qaymağa,

Bu gözəl diyardan necə yazmayım,

Çağlayan bulaqdır mənim ilhamım!

Firdovsi heyrandır sənə Qusarım!

18.12.2014

Böyük Firdovsilər yaratdı bəlkə...

Deyirlər yazma sən, öncə yazıblar,

Daha şeir düşüb, söz düşüb dəbdən.

İndiki yazarlar heç nə yazmırlar,

Şeir də bilmirlər daha əzbərdən.

Bəlkə də həqiqət var bu sözlərdə,

Kim deyir ilhamı saxlamaq olar?!,

Şairlər özünü tapar şeirdə,

Şairi yazmaqdan saxlamaq olar?!

Əvvəl Nizamidi, sonra Füzuli.

Ana dillərində yaza bilmədi

Hakim kəsilmişdi Fars, Ərəb dili,

Tarixin gərdişi demə belədi.

Şerimi oxuyub anlamaq üçün,

Sinxron tərcümə lazımdır mənə.

"Dəstədən geriyə qalmamaq üçün",

Gərək sahib olam mən Fars dilinə.

Bu nə ittihamdı, nə mühakimə.

Kimdir xor baxanlar ana dilimə?!

"Oxuyanda sən güc ver Ərəb dilinə"

Sonra da desinlər Ərəbdəndönmə

Mənalı bir şeir yazan kimi mən,

Deyir köçürmüsən sən Nizamidən.

Şeri çatdırmamış yazıb mən sona

Deyir oxşatmısan Səməd Vurğuna

Nə deyim xırdalıq axtaranlara,

Gəlin biz, bir nəzər salaq tarixə.

Yerində söyləndi azman xanlara:-

Azərbaycan kimi kiçik bir ölkə

"Böyük Firdovsilər yaratdı bəlkə"

Siyəzən şəhəri, 15.12.2014

Bütün xəbərlər Facebook səhifəmizdə