Mən bir güləm ,

Zəhmətimi çək mənim.

Bir çiçəyəm ,

Ətrimdən çək mənim.

Mən inciyəm,

Qırma məni solaram .

Çox incitmə ,

Tikanım var yolaram .

Qızılgüləm ,

Ətrim var, şəfam var.

Bənövşəyəm ,

Qəm qüssəm var, cəfam var,

Qərənfiləm ,

Bağrı qana dönmüşəm.

Şəhidlərin məzarında

Qəm qüssədən sönmüşəm.

Bir laləyəm ,

Dağlar yaşar sinəmdə .

Bir nərgizəm ,

Jaləm çoxdur, silməm də.

Mən çiçəyəm,

Ürəkləri bəzərəm.

Sevənlərin əllərində,

Dəstə-dəstə gəzərəm.

Mən bir güləm ,

Ətir saçım ellərə.

Bəzək olum ,

Sevilən könüllərə.

Mən çiçəyəm,

Çiçək kimi yaşaram.

Bəslə məni,.

Mən də səni oxşaram.

Tahirə Laçın

Bütün xəbərlər Facebook səhifəmizdə