Sevgi tariximdən keçmişin izi,

Pozulub xatirə yoxdur bir sorağ.

İçimdə boşluq var birdə sızıltı,

Hər cür yalan gəldi könlümə qonaq.

Kimi gözləmədi gəldi və getdi,

Kimidə bir başa məni rədd etdi.

Nəticə əlimdə böyük bir sıfır,

Sevgi möcüzəsi gözümdən itdi.

Ürəyim özünə vurdu bir kilit,

Bağladı açdığı tay qapıların.

Gözümdə yox oldu o anda ümüd,

Sildim sevgisini mən insanların.

Boş yerə çox sözü danışan bir dil,

Söz verib yalandan aldadacaqdır.

Gözələmək ötürür ard-arda ay il,

O isə az keçməz unudacaqdır.

Bu şeir sevgiyə yorğunluğumdur,

Taqətdən düşdüyü anın kölgəsi.

Təmbəl bir ruh səndən qalıbdır miras,

Bu eşqin qəbimə böyük hiləsi.

Nahit Həbibov

Bütün xəbərlər Facebook səhifəmizdə