(Portret jizgilər)
Bu yazımda ömrünü Azərbaycan inşaatının inkişafına sərf edən, bir insan haqqında danışmaq istəyirəm. O insan ki, ömrü çoxlu kitabların böyük mövzuları ola bilər. Ona görə də onu oxualarla daha yaxından tanış etmək istəyirəm.
Veys Həmid oğlu Xudiyev. 1944-cü ilin noyabr ayının 10- da Günüstan respublikası Marneuli rayonunun Sadaxlı kəndində anadan olub. Orta məktəbi kənddə bitirən Veys, sənədlərini Azərbayan Politexnik İnstitutunun inşaat fakültəsinə verib və həmin fakültəyə daxil olub. 1963-cü ildə Hərbi xidmətə çağrılıb və xidmətini qurtarandan sonra təhsilini davam etdirib. 1969-cu ildə ali məktəbi tikinti mühəndisi kimi başa vurub. Elə həmin ildən 1985-ci ilə kimi tikintinin ayrı-ayrı sahələrində, Sənaye Tikinti Nazirliyinin tərkibində olan müəssisələrdə usta vəzifəsindən başlayaraq, idarə rəisi vəzifələrinə qədər yüksəlib. 1986-cı ildən 2004-cü ilə kimi Əlvan Metallurgiya və Metallurgiya Dövlət Şirkətində (Metallurgiya Nazirliyi) idarə rəisi, trest müdiri, Təmir-Tikinti İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb, 2005-2006-cı illərdə Azərbayjan respublikasında zəlzələdən ziyan çəkmiş obyektlərin bərpası və yenidən qurulmasında, Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdirliyində baş direktor vəzifəsində, 2007-2010-cü illərdə Ədliyyə Nazirliyi, Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsində baş mütəxəsis kimi fəlaliyyət göstərmişdir.
Bütün bu illər ərzində respublika əhəmiyyətli obyektəlrin tikintisində, o cümlədən Dərin Özüllər zavodunun, "II Kür Su Kəməri"nin və Su Təmizləyici qurğuların, "Böyük Bakı" Kanalizasiya xəttinin və çirkab su təmizləyici qurğuların, Ceyranbatan Su Təmizləyci qurğuların, Sumqayıtda "Azərikimya" Dövlət Şirkətinin tərkibində olan çoxlu kimya müəssisələrinin tikintisində, Bakıda, Sumqayıtda, Gənədə, Daşkəsəndə, Qazaxda, Naxçıvanda və respublikaının bütün bölgələrində ixtisaslaşmış təmir-tikinti işlərinin qüsursuz yerinə yetirilməsində iştirak etməklə, bütün bu işlərin əsas aparıjısı olub Veys Həmid oğlu. O, 1995-2000-ci illərdə Sumqayıt şəhər sovetinin deputatı olub və şəhər təsərrüfatının müəyyən sahələrində sosial obyektlərin tikintisində böyük köməkliklər göstərib. Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin, Gəncə şəhərində Nizami Rayon Məhkəməsinin, Oğuz Rayon Məhkəməsinin və Gədəbəy Rayon Məhkəməsi binalarının layihə-smeta sənədlərinin tərtib olunması və həmin binaların tikilməsi bilavasitə Veys Xudiyevin adı ilə bağlıdır. Veys Həmid oğlu Xudiyev 2010-cu ildən fərdi təqaüdə çıxıb. Həyatının müdrik çağında, hələ işləməyə böyük patensialı, gücü olduğu bir vaxtda məcbur olub ki, evdə istirahət etsin və bağda ağaclara qulluq eləsin…
Veys Həmid oğlu Xudiyevin 70 illik yubileyi 2014-cü ilin dekabr ayının 25-də Sumqayıt şəhərindəki "Bəyaz" şadlıq evində çox təmtəraqlı keçirildi. Bu tədbirdə Azərbaycan Montaj Quraşdırma Nazirliyinin keçmiş nazir müavini Vahid Süleymanov, Metallurgiya Həmkarlar İttifaqının Konfederasiyası adından Mübariz Verdiyev, Sumqayıt ağsaqqalları adından "Xəzər" Səhmdar Cəmiyyətinin sədri Qüdrət Kərimov, "Az.Termoizol" Açıq Səhmdar Cəmiyyətinin sədri, Tərəqqi medallı Şakir Həsənov, Sadaxlı Xuduluları adından əməkdar jurnalist İlyas Adgözəlli, Bəhram Xudullu, Elçin Adıgözəlli, Rövşən Xudullu və başqaları maraqlı çıxışlar etdilər. Onun həyatından maraqlı epizodlr danışdılar.
Həmin çıxışlardan qısa sətirləri yazıram.
İqtisad elmləri doktoru Qüdrət Kərimov:
- Veys müəllimlə bizim tanışlığımız javanlıq illərindən başlayır. O, elə javanlıq illərində də yaxşı rəhbər kimi ağsaqqal pilləsinə yüksəlmişdi. O, həmişə həddindən artıq xeyirxah insan olub. Müəssisə rəhbərlərindən kimin işlərində çətinlik olurdusa, ona müraiət edirdi. Veys Xudiyev də əlindən gələni onlara köməklik edirdi ki, işləri dayanmasın. Özü də təmənnasız. Bu isə hər bir rəhbərə müyəssər olmayan xüsusiyyətdir.
"Tərəqqi" medallı, iqtisadiyyat üzrə Oskar mükafatı laureatı Şakir Həsənov:
- Veys müəllim, mənim qardaşım Şaiqlə birlikdə ali məktəbdə oxuyub və tələbəlik illərində dost idilər. Bizim evə də gəlib. Rəhmətlik atam, Cənub bölgəsinin tanınmış maarif xadimi Rəfi müəllimin də Veysə böyük hörməti vardı. Şaiq dünqyasını dəyişəndən sonra Veys müəllimlə mən dostluq etməyə başladım. Mən javan rəhbər olduğumdan o, əlindən gələn köməklikləri edirdi ki, işlərim yaxşı getsin. Ən çətin məqamlarda həmişə mənim yanımda olub. O, təmənnasız dostdur.
Əməkdar curnalist İlyas Adgözəlli:
- Veys müəllim uzun illər Sadaxlıdan çıxsa da o, həmin yerə bağlı insandır. Tez-tez həmin yerlərə gedib, orada olan problemlərlə maraqlanır və əlindən gələn köməklikləri edir. Hətta rəhbər vəzifədə olanda ulu babası Xudu kişi kimi Borçalı camaatına çoxlu köməkliklər edib. Həmin bölgədən Bakıya və Sumqayıta gələn javanlar çox vaxt köməklik üçün ona mürajiət ediblər.
Ədliyyə Nazirliyi işçiləri adından Elxan İbadullayev:
- Mən Ədliyyə Sistemində Müasirləşdirilmiş Layihə şöbəsində Veys müəllimin müavini işləyirdim. İşlərimizdə çoxlu çətinliklər də olurdu. Biz "Dünya Bankı" ilə birlikdə iş görürdük. Beynəlxalq tenderlər keçirirdik. Beynəlxalq səviyyədə sənədlər hazırlayırdıq. Elə bir sual ola bilməzdi ki, Veys müəllim onu aydınlaşdırmasın və cavabsız qoysun. Məhz bu keyfiyyətlərinə görə, bizim kollektivimiz ona "inşaat işlərinin canlı ensiklopediyası" adını vermişdi.
Azərbaycan Respublikası Həmkarlar İttifaqı Fedarasiyası Veys Xudiyevə əvəzsiz xidmətlərinə görə, Fəxri Fərman verdi. Ədliyyə Nazirliyi də onun əməyini yüksək qiymətləndirdi və pulla mükafatlandırdı. Ömrünün bu müdrik çağında onunla həmsöhbət oldum. İnanıram ki, Veys müəllimlə etdiyim söhbət, çoxminli oxucularçün də maraqlı olacaq.
- Siz Sumqayıtla ucalan insanlardan birisiniz. Bəs necə oldu ki, taleyiniz Sumqayıtla bağlandı?
- 1961-ci ildə orta məktəbi bitirəndə bizə, Gürüstan vətəndaşlarına Azərbaycana gəlməkçün bir aylıq arayış verirdilər. Əgər ali məktəbə qəbul ola bilməsək, yenidən Gürüstana qayıtmalı idik. Mən də gəlib ali məktəbə qəbul oldum və başladım gündüz şöbəsində təhsil almağa. Amma biz həmin vaxt gündüz işləyib, öz ixtisasımız üzrə təcrübə toplayırdıq və axşam təhsil alırdıq. Çünki həmin vaxt elə bir qərar vardı. Ona görə də mənim iş stajım elə 1961-ci ildən başlayır. 1963-cü ildə hərbi xidmətə çağrıldım və üç il hərbi xidmətdə olub, yenidən gəlib təhsilimi davam etdirdim.
- Çox maraqlı bir faktdır ki, siz xidmət etdiyiniz hərbi hissədə qulluq edənləri həmin vaxt Böyük Vətən Müharibəsi iştirakçısı kimi ordudan tərxis edirdilər. Ona görə də Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərənjamı ilə sizə 2000-ci ildə Böyük Vətən Müharibəsinin iştirakçısı kimi sənədlər verilib.
- Mənim xidmət elədiyim hərbi hissə gizli idi. Onun adını biz heç vaxt deyə bilmərik. Mən orada qulluq elədiyimə görə, xidmət müddətimdə dəfələrlə fəxri fərmanlar və hətta faşist Almaniyası üzərində qələbənin 20 illiyi münasibəti ilə müharibə iştirakçısı kimi medalla təltif olunmuşam. Ona görə də Faşizm üzərində qələbənin də 55 illiyi münasibəti ilə məni çağırdılar və prezident, ulu öndər Heydər Əliyevin sərənjamı ilə müharibə iştirakçısı vəsiqəsini, 1941-45-ci il medalını da mənə verdilər.
Bəli. Taleyim 1969-cu ildən Sumqayıtla bağlanıb. Ali məktəbi əla qiymətlərələ bitirən javan mütəxəssis kimi təyinatımı bu şəhərə verdilər. İlk iş yerim də Kimya Kambinatı Birliyinin Üzvi Sintezin divinil sexi oldu. Qısa zamanda bu sexi ayrıcı Üzvi Sintez zavodu etdilər. Bu zavodun direktoru Nurəddin Babayev və baş mühəndisi Fikrət Sadıxov oldu. Elə həmin vaxtdan da Kimya Sənayesinin bütün tikintisində, 2 nömrəli Tikinti Trestinin mütəxəssisi kimi iştirak etmişəm. Axırıncı tikib təhvil verdiyimi kimya ilə bağlı EP-300 və Palimer-120 olub. 1985-ci ilə qədər Kimya Sənayesnin tikintisi ilə məşğul olmuşam.
- O vaxtlar kimya və inşaat sahəsində tanınmış, bacarıqlı rəhbərlərdən hansılar yadınızda qalıb?
- Elə rəhbərlər çox idi. Onlardan mən Nurəddin Babayevin, Fikrət Sadıxovun, Nərçə Ağayevin, Zamin Hüseynovun, Ucal Qasımzadənin, Hüseyn Qasımovun, Maqsud Əbdürrəhmanovun, Lətif Nəbiyevin, Maqsud Maqsudovun, Baloğlan Bayramovun, Akif Həsənoğlunun və başqalarını adını çəkə bilərəm. Kərim Rəhim oğlu Axundov isə inşaatçıların hamısı üçün mütəxəssis kimi etalon sayılırdı. O, bizim hamımızın inşaat sahəsində müəllimi idi. Azərbaycan Tikinti Quraşdırma Sənayesinin rəhbəri Telman Kazımovun kimya sənayesinin quraşdırılması sahədə böyük xidmətləri olub.
- Bilirik ki, sizin bu keşməkeşli həyat yollarında dostlarınız çox olub. 35 beş il rəhbər vəzifədə işləyibsiz. Çoxları sizinlə dostluq etməyə can atıblar. İndi onlardan kimlərin adlarını çəkə bilrsiniz?
- Bəli. Dostluq ən ülvi və müqəddəs bir işdir. Mənim də bu həyat qovğalarında çoxlu dostlarım olub. Amma indi onlardan ələkdən ələnib, qalanının və bu gün də dostluq etdiklərimin adlarını çəkə bilərəm. Vahid Süleymanov, Maqsud Əbdürrəhmanov başda olmaqla Şakir Həsənov, Tahir Zəkəriyyəyev, Rafiq Əhmədov, Qardaşxan Adıyev, Zahid Ayvazov, Əliheydər Dadaşov, Ələsgər Babayev mənim əsl dostlarımdır. Onlar həm də mənim çətin günlərimin dostlarıdır. Bu dostlarımla fəxr edirəm.
- Bəs onda niyə Zahid Ayvazov və Qardaşxan Adıyev sizin yubileyinizdə iştirak etmirdilər?
- Onlar təsədüfən həmin günü əməliyyat olunmuşdular. Ona görə də gələ bilmədilər. Amma çox üzürxahlıq etdilər. Zahid Ayvazovla mən orta məktəb illərindən yaxınam. Biz həm orta məktəbdə və həm də ali məktəbdə bir yerdə oxumuşuq. Hətta ordu sıralarına da hər ikimiz eyni vaxtda getmişik və sonra qayıdıb təhsilimizi davam etdirmişik. Zahidlə bizim dostluğumuz uzun və çətin illərin sınağından çıxdığına görə, bu dostluğu övladlarımız da davam etdirirlər.
- Sumqayıtda inşaat sahəsində böyük işlər gördüyünüz uğurlu işlərə imza atdığınız bir vaxtda, 1986-cı ildən taleyinizi metallurgiya ilə bağladınız. Bu nədən irəli gəldi?
- O vaxtlar Azərbaycan Metallurgiya Dövlət Şirkəti böyük işlərə imza atırdı. Həmin şirkətə də Sosialist Əməyi Qəhramanı Kərim Novruz oğlu Rizayevi rəhbər təyin etmişdilər. O da özü yaxşı mütəxəssis olduğuna görə, respublikada üzdə olan yaxşı mütəxəssisləri bu şirkətə işə dəvət edirdi. Məni də Sumqayıt idarəsinə rəis vəzifəsinə dəvət etdilər. Sonra da 15 idarənin trest müdiri və Metallurgiya Birləşmiş İdarələrin baş direktoru oldum. 1998-ci ildə bu təşkilat özəlləşməyə gedən vaxtı çalışdım ki, biz bütün təşkilatlar birlikdə qalaq, Kənd Tikinti Nazirliyi və başqa nazirliklər kimi. Ən azından Səhmdar Cəmiyyət yaratmaq istəyirdik. Amma həmin vaxtı imkan vermədilər və bu Dövlət Şirkəti dağıldı. Sonra həmin 17 təşkilatların çoxu ayrılıqda işləyə bilmədiyinə görə, öz işlərini bütövlükdə dayandırdılar. Ümumiyyətlə həmin vaxt özəlləşmə işi sistemsiz, dərindən düşünmədən, plansız aparıldığına görə, respublikamıza böyük zərər vurdu. Çoxlu texnikalar Türkiyəyə, İrana aparılıb satıldı. Böyük gəlirlə işləyən müəssisələr, kolxozlar, sovxozlar hamısı özəlləşmə pərdəsi altında düşmən xislətli adamların əli ilə dağıdıldı. İndi də onun ziyanını çəkirik. Amma başqa MDB respublikalarında belə olmadı. Çoxlu müəssislər, sovxozlar dövlətin tərkibində qaldı. Kolxozların da çoxu bu gün Rusiyada və Orta Asiya Ölkələrində öz işlərini davam etdirirlər. Elə götürək İsmayıllı rayonundakı İvanovka kəndinin Nikitin kolxozunu. Həmin vaxt onlar kolxozlarını qoruyub saxladılar və bu gün də böyük bəhrəsini görürlər.
- Sizinlə bağlı qəzetlərdə çap olunan məqalələrin bəzilərində yazıblar ki, siz analoqu olmayan bir İstehsalat Birliyinə rəhbərlik etmisiniz. "Analoqu olmayan" sözünü necə başa düşmək olar?
- Bizim İstehsalat Birliyi, bütün nazirliklərdən, şirkətlərdən fərqli olaraq, bütün işləri özümüz görürdük. Heç bir podratçı təşkilat dəvət etmirdik. Ona görə də az işlə böyük qazanj əldə edə bilirdik.
- Sizin Metallurgiya Şirkəti dağılmasaydı indi necə ola bilərdi?
- Mən çox təəssüf edirəm ki, ağır sənayenin təməlini təşkil edən qara və əlvan metallurgiyanın inkişafında böyük xidmətləri olan Sosialist Əməyi Qəhramanı Kərim Rizayevin vəfatından sonra bu sahəyə rəhbərlik edənlər öz işlərini doğrulda bilmədilər və ona görə də bu şirkət dağıldı. Əgər o vaxtlar Kərim Rizayevin davamçısı Şamil Məcid oğlu Fərzəliyev ondan sonra bu işə rəhbərlik etsəydi Metallurgiya Dövlət Şirkəti heç vaxt bu vəziyyətə düşməzdi. Çünki Şamil Fərzəliyev savadlı mütəxəssisi idi. O, vaxtı ilə Azərbaycan Respublikası Mərkəzi Komitəsində metallurgiya sahəsinin şöbə müdiri kimi bütün işlərin kordinasiyasını təşkil edirdi. Yüksək potensiala malik olan belə bir kadrı cəbhəçilər hakimiyyətə gələndə başqası ilə dəyişdilər. Və bununla da Metallurgiya Dövlət Şirkətinin iflası başladı. Baxmayaraq ki, şirkətin o vaxtkı müavini Yaqub Qara oğlu Əliyev nədənsə "islahatlar" adı altında təşkilatları ayrı-ayrılıqda özəlləşdirməyə başladı. Və dövlətə, dövlətçiliyə ziyan vurmaqla lazım olan maddi-texniki bazanı boşaltdılar. Bununla da şirkət uçuruma gedərək, ləğv oldu. Hətta metallurgiyanın gələcəyini və inkişafını görə bilməyən o vaxtkı rəhbərlik qiymətli əlvan metalları çox ucuz qiymətə satmaqla və ya lazım olmayan mallarla dəyişməklə öz şəxsi mənafeləri üçün dəyişdirdilər. Hansı ki, elə o vaxtlar yeni texnika və texnalogiyalar almaqla metallugiyanı daha da inkişaf etdirmək olardı. Çox şükürlər olsun ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu sahəyə çox jiddi fikir verilməyə başlanıldı. Möhtərəm prezidentimiz İlham Əliyev isə bu sahəni daha da genişləndirdi. İndi artıq ağır metallurgiya Azərbayanda özünün inkişaf yolundadır.
Amma mən o vaxtlar Pezidentin müşaviri, metallurgiya şirkətinin müavini Yaqub Əliyevə çox müraciət etdim ki, gəlin bu təşkilatı dağıtmayaq. Ona təklif elədim ki, qoy bu şirkət bütün idarələri ilə birlikdə, bir rəhbərlik altında özəlləşsin ki, sonra işləyə bilsin. Lakin onlar razılıq vermədilər. Beləliklə, nəhəng Metallurgiya Dövlət Şirkəti ləğv olundu. Bu şirktədə işləyənlər də özlərinin layiqli qiymətlərini ala bilmədilər… Mən buna çox təəssüf edirəm. O vaxt biz çox şey itirdik.
- Qarabağ müharibəsi başlayanda sizin rəhbərliyinizlə Laçında, Cəbrayılda və başqa yerlərdə çoxlu işlər görülüb. Bu haqda nə deyə bilərsiniz?
- Ermənilərlə müharibə başlayanda Qarabağ camaatının oranı tərk etməməsi üçün, orada işlər görmək lazım idi. Mən öz razılığımla bu işi Laçından başladım. İnsanlarımızı işə cəlb etməkçün əsgərlərə yemək və başqa işlərdə lazım olan aliminum, mis qablar istehsal edən zavod tikdirdim. Orada çoxlu insanlar işləməyə başladılar. Sonra məni Cəbrayıl rayonuna dəvət etdilər. Səngərlərdə, düşmənlə üz-üzə, ön cəbhədə olan əsgərlərimizin vəziyyəti çox pis idi. Onları düşmən güllələrindən qorunmaqçün səngərləri demək olar ki, yox idi. Oranı bütövlükdə gəzdim və qalın metaldan onlarçün Bakıdakı sexlərimizdə səngərlər düzəltdirdim. Həmin qalın metaldan olan səngərləri tez bir zamanda söküb, başqa yerdə quraşdırmaq mümkün idi. Həm də əsgərlərçün 120 tondan çox metaldan istifadə etməklə öz maliyyəm hesabına dəmirdən çoxlu peçlər düzəltdirdim. Bününla da çoxlu əsgər ölümünün qarşısını həm güllədən və həm də soyunqdan ala bildik. Ona görə özümü xoşbəxt saya bilərəm ki, müharibədə çoxlu insan itkisinin qarşısının alınmasında mənim də xidmətlərim olub.
- Amma bu qədər xidmətləri olan və 35 il rəhbər kimi millətçün çalışan bir insanı 65 yaşında təqaüdə göndərdilər.
- Mənim 50 illik iş stacım var. Siz deyən kimi onun 35 ilini birinji şəxs kimi əsas rəhbər vəzifələrdə işləmişəm. Rəhbərlikdə bu qədər böyük təcrübəsi olan mənim kimi bir mütəxəssisin indi işlərdən kənarda qalması mənə çox pis təsir edir.
- Beləliklə, Veys müəllim ağlının, şüurunun çiçəkləndiyi və böyük iş təcrübəsi olduğu bir vaxtda, artıq 5 ildir ki, öz bağında bağban kimi ağajlara qulluq edir və nəvələri ilə oturub vaxtını keçirir.
- Əslində mən bundan həzz alıram. Beş övladım, 7 nəvəm var. Övladlarımın hamısı ali təhsillidir. Çox keşməkeşli bir həyat yaşamışam. Mənə bu yolda dostlarım, qohumlarım və həyat yoldaşım çox həyan olublar. Ən çətin anlarımda onların ağıllı məsləhətlərini, isti münasibətlərini görmüşəm. Mənim 70 illik yubileyimlə ailə həyatı qurmağımın 45 illiyi bir yerə düşürdü. Ona görə də ikisini birlikdə qeyd etdik.
- Sizə bu qədər xidmətlərinizə görə, cəmi 200 manat təqaüd verilər. Buna münasibətiniz nejədir?
- Hə. Bu mənə çox ağır gəlir. Çünki 35 il dövlət müəssisələrində, əsas rəhbər vəzifədə işləyən bir insana verilən təqaüd cəmi 200 manat olduğuna görə, mənim heysiyyatıma toxunur. 200 manat pulla da belə böyük ailəni dolandırmaq çətindir. Uzun illər dövlət müəssisəsində əsas aparıcı rəhbər vəzifədə işləsəm də mənə nə üçünsə dövlət qulluğunda statusu verilməyib. Bir neçə dəfə Əməkdar inşaatçı fəxri adına sənədlərim göndərilsə də amma bu fəxri ad da mənə verilməyib. Axı bu niyə belə olmalıdır? Bunun günahkarı kimdir? Axı mən 50 il işlədiyim dövürdə özümü layiqli və lazımlı mütəxəssis kimi sübut etmişəm. Bundan sonra daha nəyi sübut etməliyəm? Bax bu suala cavab tapa bilmirəm.
Bəli. İnsanlara layiq olduqları qiymət vaxtında verilsə çox yaxşı olar.Bu haqq-ədalətin meyarı deməkdir. Biz inanırıq ki, Veys Həmid oğlu Xudiyevin əməyi Sumqayıt şəhər rəhbərliyi və Prezident Administrasiyası tərəfindən lazımi təşkilatlara göndəriləjək və ona layiq olduğu Əməkdar inşaatçı fəxri adı, həm də dövlət qulluğunda statusu ilə təqaüd veriləcək.
Ağalar İDRİSOĞLU,
Yazıçı-recissor, Əməkdar injəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB