Piylənmə hansı xəstəliklərə səbəb olur?

Piylənmə hansı xəstəliklərə səbəb olur?

XXI əsrin bəlalarından biri piylənmədir. SİA-nın məlumatına görə, hər il Avropada piylənmə nəticəsində 70 min insan döş, yoğun bağırsaq və uşaqlıq borusu xərçənginə yoluxur. Çox kök insanların ürəyi yuxuda dayanır.

Ən yaxşı halda isə (təbii ki, buna yaxşı demək olarsa) piylənmə bronxial astma ilə nəticələnir. Bundan əlavə piylənmə infarkt, insult, hipertoniya, diabet, ateroskleroz kimi xəstəliklərə səbəb olur.

Bəladan yaxa qurtarmaq üçün ilk öncə arıqlamaq lazımdır. Çünki artıq piy müalicə prosesini ləngidir.

Bütün xəbərlər Facebook səhifəmizdə