Kəndlilərin birinin həyətində saxladığı toyuq qəfildən yumurtlamağı kəsib və xoruz kimi pipik çıxarmağa başlayıb. SİA-nın xəbərinə görə, Hindistan kəndlilərindən birinin heyətində toyuqlardan biri cinsini öz-özünə dəyişərək xoruz olub. Quşun sahibinin sözlərinə görə, toyuq hələ yarım il əvvələ kimi yumurtlayırmış və bu yumurtalardan cücələr çıxırmış. Birdən toyuq yumurtlamağı kəsib və onda xoruz pipikləri çıxmağa başlayıb. Şərqi Benqaliya əyalətinin baytar həkimlərinin sözlərinə görə, belə hadisələr çox nadir hallarda baş verir.
Qeyd edək ki, Florida Kənd Təsərrüfatı İnstitutunun heyvanlarda cinsiyyətin dəyişməsi haqqında 2000-ci ildə nəşr etdirdiyi araşdırmalarda göstərilir ki, ev heyvanlarında cinsiyyətin dəyişməsinə səbəb yumurtalıqda baş verən zədələnmələr ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB