"Real” futbol klubunun keçmiş prezidenti koronavirusa yoluxaraq dünyasını dəyişib

1995-ci ildən 2000-ci ilə qədər Madridin "Real" futbol klubunun prezidenti olan Lorenzo Sanz yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxaraq dünyasını dəyişib. SİA "spirts.ru" saytına istinadən xəbər verir ki, ispaniyalı futbol mütəxəssisi yüksək hərarəti müşahidə edildikdən bir neçə gün sonra xəstəxanaya yerləşdirilmiş və COVID-19 üçün verdiyi yoxlamalar müsbət nəticə vermişdi. 76 yaşlı Sanz COVID-19 üçün yüksək risk kateqoriyasına daxil edilmişdi. O, martın 21-də dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...