“Kömək edin! Kömək edin... Nə qədər çağırmaq, var-gücümlə qışqırmaq istəsəm də, bacarmırdım. Yerimdə çırpınmaq, çabalamaq istəyirdim, əllərim, ayaqlarım sözümə baxmırdı... Çox çarəsiz idim...
Getdikcə nəfəsim tükənirdi. Boğazıma çökmüş qara kölgə ağırlığı ilə getdikcə məni əzir, nəfəsimi kəsir, gözlərim hədəqəsindən çıxırdı. Dəhşətə gəlmişdim, çox qorxurdum, getdikcə heç bir müqavimətin işə yaramayacağını anlayıb, sonumun çatdığını qəbul edirdim. Elə bil bütün dünyanın ağırlığı üzərimə çökürdü, məni sıxırdı, əzilirdim, əzilirdim... Bədənim xıncım-xıncım olur, heçliyə yuvarlanırdım...
Və birdən elə bil qeybdən bir səs eşitdim. Bu səsin sehrilə üzərimə çökən qara kölgə də bir anda çəkilib, yox oldu. Gözlərimi açanda anam “bismillah”, - deyə-deyə alnımda puçurlanan təri silirdi.
Bu hal məndə birinci dəfə deyildi ki, baş verirdi. Son zamanlar demək olar, hər gecə yuxuya gedən kimi məni qara basırdı. Artıq yatmaqdan qorxurdum, o qara kölgənin məni boğması hissini təkrar yaşamaq istəmirdim...”
Qarabasma ilə bağlı yaşadığı hissləri Ailem.az-la bölüşən 16 yaşlı Elvin dilə gətirir bu sözləri. Yəqin çoxlarına tanışdır həmin boğulma və qarabasma hissi. Hər birimiz həyatımızda bir dəfə də olsa bunu yaşamışıq. Amma elə insanlar var ki, onlarda qarabasma tez-tez təkrarlanır. Bəs görəsən qarabasma nədir və hansı hallarda ortaya çıxır? Bu, bir psixoloji problemdirmi? Qarabasmadan qurtulmaq mümkündürmü?
“İçinə cin qaçıb”
Mövzu ilə bağlı Ailem.az-ın suallarını cavablandıran psixoloq-psixoterapevt Xanım Niftəliyeva deyir ki, yuxu ilə reallıq arasında olarkən üzərimizə gələn ağır bir qaraltılı məxluqa qarabasma deyilir. Elmdə isə bu, yuxu iflici, yaxud ren yuxusu kimi adlanır: “Evdə tək olduqda, yaxud yuxuya getdikdə sanki bir qaraltı üzərimizə çökür və bu, bizi qorxutmağa başlayır. Çox yorğun olduqda və gərgin iş rejimində işlədikdə qarabasmanın artması müşahidə olunur. Yer üzündəki hər on insandan səkkizində günaşırı qarabasmalar olur. Qarabasma tək bizim mədəniyyətimizdə adət-ənənələrimzdə, dini inanclarımızda deyil, bir çox ölkələrdə müxtəlif yanaşmalarla müşahidə edilir. Almaniyada bunu bəzən caduların, cinlərin yuxuda insanlara təsiri kimi qəbul edirlər. Amerikada yad planetlilərin insanı yuxuda qaçırıb əziyyət verməsi kimi, Rusiyada isə yuxu iflicinə səbəb olan “domovoy” adında kişi ruhunun inancı kimi yanaşılır. Bu ruhun xəyanət edən, yaxud pis evlilik keçirən insanı cəzalandırdığı düşünülür. Bu da Rusiyanın dini inanclarına, mədəniyyətinə xas olan bir versiyadır. Azərbaycanda isə bəzən bunu “içinə cin qaçıb” kimi, yaxud göz-nəzərlə əlaqələndirirlər, hətta falçıya, çıldaq deyilən ocaqlara aparırlar insanları”.
Qarabasma cəmi 2-3 saniyə baş verir
Həkim məlumat verir ki, qarabasmanın müəyyən göstəriciləri var. Yatdıqdan bir saat sonra qışqıraraq oyandıqda, yaxud yuxuda ağladıqda beyin sıxılır və nəfəs alıb-vermək ağırlaşır. Yuxudan oyandıqda saatlarla qarabasmadan əziyyət çəkən insanlar yataqdan qalxa bilmir. Qarabasmaların yaranmasının iki əsas səbəbi var: qan dövranının zəifləməsi və psixoloji gərginlik: “Yuxudan oyanmağa saniyələr qalmış sinir sistemində olan iflicin nəticəsində qarabasma ortaya çıxır. Yuxu iflici olarkən insan təkrar ren yuxusuna daxil olmadan, yaxud ren yuxusundan tam uzaqlaşmadan qarabasma baş verir. Bu qarabasmalar yalnız 2-3 saniyə davam edir. Lakin insana elə gəlir ki, bu, bir neçə saat davam edib”.
Bu uşaqlar özlərinə zərər vurmağa başlayırlar
Psixoterapevt bildirir ki, hər gecə qarabasma ilə oyanan insanlar gün getdikcə yatmaqdan qorxmağa başlayır: “Bəzi uşaqlarda qarabasma ayda 1-2 dəfə olur, bəzilərində isə hər gün müşahidə olunur. Hansı uşaqlarda ki hər gün müşahidə olunur, onlar özlərinə və ətrafdakılara zərər vurmağa başlayırlar. Onlar bu haldan qorxmağa, hətta yuxuya getməməyə çalışırlar. Olduqca əsəbi, gərgin və aqressiv olurlar. Artıq bu, onlarda psixoloji sarsıntıya, pozuntuya gətirib çıxarır. Qarabasma zamanı nə etdiklərini bilmirlər, özlərində olmurlar. Yeniyetməlik dövründə də bu hal daha qabarıq şəkildə üzə çıxır və çoxlu psixoloji problemlərə səbəb olur. Bu yaş dövründə yuxuda gəzmələr də müşahidə edilir. Yuxuda qalxıb gəzirlər, danışırlar. Bu da qarabasmaya aiddir. Qarabasmadan əziyyət çəkən uşaqlar susqun olurlar, özlərinə qapanırlar, saatlarla yataqdan çıxmırlar. Psixoloji sarsıntı yaşayırlar”.
17 yaşlı xanımda qarabasmadan sonra ürəkgetmə yaranmışdı
X.Niftəliyevanın sözlərinə görə, qarabasma bəzi xəstəliklərin də göstəricisi ola bilir: “Qan dövranının zəifləməsi və pozulması, qan azlığı, psixoloji gərginliklər qarabasmaya səbəb ola bilər. Həmçinin, normadan artıq stress, yuxu pozuntuları, yaxud hər hansı psixotrop dərmanlardan istifadə edən insanlarda bu hala rast gəlinir. Qan dövranın zəifləməsi və psixoloji gərginlik qarabasmalarda xəstəlik göstəricisi kimi götürülür. Mənim 17 yaşında bir pasientim var idi. Ailəsi demişdi ki, onda qarabasmadan sonra ürəkgetmələr də yaranmışdı. 10-12 seans nəticəsində biz bu problemi aradan qaldırdıq. İndi o, aktiv həyata başlayıb. Həmin xanımda qarabasmalar güclü qorxular nəticəsində yaranmışdı. Bu səbəblə də müalicəyə başlamaq üçün biz bu qorxuların qaynağını araşdırdıq. Haradan yaranıb, necə yaranıb? Müəyyən edildi ki, bu qorxu onun oxuduğu məktəbdə olan bəzi məsələlərlə bağlıdır. Biz bu problemin həllini tapdıq və nəticə də müsbət oldu. Bir başqa pasiyentim isə deyirdi ki, qara, tüklü və eybəcər bir kölgə onu izləyir. O düşünürdü ki, gecələr həmin məxluq onun çarpayısının altında olur. Onunla da psixoloji iş apardıq və uğurlu nəticə əldə etdik”.
Qorxulu filmlər qarabasma yaradır
Mütəxəssis deyir ki, qarabasma zamanı insan yuxuda olur, amma şüur açıq olduğundan bir növ ayıq sayılır: “Sanki üstünüzdə qara rəngli məxluq oturur və qalxmağınıza mane olur. Nə qışqıra bilirsiniz, nə hərəkət edə bilirsiniz, qaçmaq istəyirsiniz, amma heç cür hərəkət edə bilmirsiniz, qışqırmaq istəyirsiniz, amma səsiniz çıxmır. Tam boğulmaq üzrə olarkən birdən gözünüzü açanda və dərindən nəfəs alanda bunun qarabasma olduğunu anlayırsınız. Bu, yatmaq formasına görə baş vermir. Sadəcə nizamsız yuxu, yaxud da az yuxu, normadan artıq stress, gərgin iş rejimindən əmələ gəlir. Biz qarabasmaları əsasən psixoterapevtik problem kimi götürürük. Amma mən bir şeyi də nəzərinizə çatdırım ki, bu psixoterapetik bir problem olmaqla yanaşı, həm də uşaqların valideynlər tərəfindən nəzarətsiz qalmasından da qaynaqlanır. Və həmin uşaqlar qorxulu filmlər, cizgi filmləri izləyirlər və gecə onlarda qarabasmalar yaranmağa başlayır. Bu da psixoloji sarsıntıya gəlib çıxır. Baxdıqları filmdə hansısa bir hissə onların şüuraltına yol açır və yuxuya getdikləri zaman qarabasmalara səbəb olur”.
Hərəkət etdikcə uzaqlaşır
Qarabasmadan qurtulmaq mümkündürmü sualına aydınlıq gətirən həkim söyləyir ki, qarabasma psixoloji problemdir və ondan qurtulmaq mümkündür: “Bu, yuxu pozuntusundan, gərgin iş rejimindən, normal yatmamaqdan əmələ gələn psixoloji problemdən qaynaqlanır. Dediyimiz kimi, qarabasma zamanı səsimizi çıxara bilmirik, sanki kimsə bizə icazə vermir. Həmin vaxt fikirlərimizi bir nöqtəyə yönəldə bilsək və hər hansı barmağımızı asta-asta hərəkətə gətirsək, qarabasma getdikcə azalır. İnsanın ren yuxusunda olarkən açıq olan şüuru aktivləşməyə başlayır. Hərəkət etdikcə qarabasmanı özümüzdən uzaqlaşdırırıq. Mən qeyd etmək istəyirəm ki, bu, psixoloji problemdir. Tanıdığınız, güvənə biləcəyiniz psixoloqa müraciət edib, bu problemdən çox rahat şəkildə qurtula bilərsiniz”.
Xəbər lenti
Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV
Siyasət 15 Oktyabr 11:54SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 15 Oktyabr 11:51Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



