250 min dollara 48 qızıl sikkə...

250 min dollara 48 qızıl sikkə...

Amerikanın Florida ştatı sahillərində qızıl axtaranlar dənizin dibində ümumi dəyəri 250 min dollara yaxın olan 48 qızıl sikkə aşkar ediblər. 1715-ci ildə içərisi qızıl ilə dolu 11 ispan qaleonu Kubadan qayıdarkən bu ərazidə qasırğaya düşüb və batıb.

Heyət üzvləri bu sikkələri aşkar etmiş gəminin kapitanı Qreq Baunds deyib: "Demək olar ki, hər həftənin şənbə günü biz batmış xəzinələri aşkar etmək ümidi ilə dənizə çıxırıq. Lakin adətən yalnız boş pivə bankaları, balıq ovlamaq üçün qurğuşundan düzəldilmiş tilov yükləri və başqa gərəksiz əşyalar tapa bilirik. Nəhayət, bu dəfə bəxtimiz gətirdi!".

Florida sahillərində aşkar edilən xəzinələrin dəyərinin 20 faizi barəsində mülkiyyət hüququ bu ştata mənsub olduğuna görə, yəqin ki, həmin sikkələrin bir hissəsi muzey kolleksiyalarına daxil ediləcək və hamının tamaşa edə bilməsi üçün sərgilənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə