Müge (Convallaria majalis)
Nəmli, kölgəliyi çox sevən müge ağ rəngli, qoxulu çiçəkləriylə çox zərif bir bitkidir. SİA-nın xəbərinə görə, yazda çiçək açar. Suyu çox sevər. Müge zəhərli bir bitkidir.
Zəqqum (Nerium oleander)
Aralıq dənizi iqliminin bitkisi olan zəqqum evlərimizdə və bağçalarımızda istifadə etdiymiz gözəl görünüşlü bir bəzək bitkisidir.
Yarpaqların yeyilərsə, zəhərləmə və ürək üzərinə mənfi təsir edər. Hələ bir çox ölkədə xərçənglə mübarizə və dayanıqlığı artırmaq üçün dərman istehsalında istifadə edilməkdədir.
Divar Sarmaşığı.
Salonlarda, bağçalarda hədiyyəlik çiçəklərdə istifadə edilir.Tərkibində saponin, alkoloit, qlükozit, zərərli fermentlər və okzalik turşu olduğu deyilir.Yarpağının əllə qoparılması və ovulması zaman dərhal dəriyə keçərlər. Eyni zamanda öz sütlü mayesi də gözlər üçün çox təhlükəlidir. Bitki ağızda çeynəndiyi zaman dodaqlarda və dildə şişmə, ağızda yanma halları aşkar edilir. Udqunma və nəfəs alma çətinliyi ortaya çıxar.
Klivya (Clivia sp).
Bunlar soğanlı bitkilərdir. Yüksək dozalarda yeyilərsə, iflic edə bilər.
Mahud Çiçəyi.
Gözəl görünüşlü və ilin hər mövsümündə açan bu çiçəyin çiçək və saplarinda primin adı verilən bir maddə vardır. Xüsusilə çiçəklərin üzərindəki tükləri zəhərlidir. Gicitkan kimi olan bu tüklər insanın əlinə batdığı zaman yaşıl maye dəri altına yayılaraq dözülməz qaşıntı verər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB