Leyləklər 20 ildən sonra ilk dəfə qoruğa qayıdıblar...
...20 ildə ilk dəfə olaraq ağ leyləklər Çernobıla yuva qurmaq üçün gəliblər.
SİA xəbər verir ki, bu barədə Ukrayna Çernobıl Radiasiya-Ekoloji Biosfer Qoruğu məlumat verib.
Ağ leyləklərin gəlişi ukraynalı ekoloq Denis Vişnevski tərəfindən qeydə alınıb.
O, həmçinin Çernobıldakı quşların şəklini çəkib.
...Bu gün altı ağ leylək Çernobılın mərkəzindəki Yovşan Ulduzu abidəsinin yaxınlığındakı inzibati binanın damında dincəlib. Bu, Çernobıl üçün əsl sensasiyadır: şəhərdə sonuncu ağ leylək yuva qurması 20 il əvvəl qeydə alınıb.
Bunu Çernobıl Radiasiya-Ekoloji Biosfer Qoruğu qeyd edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB