Amerikalı qadın işindən çıxdı və kruiz gəmilərində yaşayır...

O, kirayəyə xərclədiyindən daha az pul xərcləyir...

...Bloqçu Linnell kruiz gəmilərində yaşamaq üçün işindən çıxıb. O, gündə cəmi 40 dollar xərclədiyini, YouTube-da pul qazandığını və dünyanı gəzdiyini paylaşıb.

SİA-nın məlumatına görə, keçmiş ofis işçisi olan Linnelle köklü bir dəyişiklik etmək qərarına gəldi.

O, dünyanı gəzmək və daimi tətil həyatı yaşamaq üçün işindən çıxıb. İndi o, yeni həyatını YouTube kanalı olan “Pease to Paradise”də paylaşır və burada xəyalını necə gerçəkləşdirdiyini izah edir.

Onun sözlərinə görə, hər şey 2024-cü ilin yayında, ilk kruizinə çıxdığı və bir neçə ay ərzində kanalından pul qazana bildiyi zaman başlayıb.

Bu gün Linnelle-nin 100.000-dən çox abunəçisi var və videoları sabit gəlir gətirir.

Son bir il ərzində kanal 5,3 milyon baxış topladı və 51.000 dollardan çox qazanc əldə etdi.

2025-ci ilin may ayında bir səyyah Yeni Orleandan Barselonaya üzərək Carnival Valor gəmisində bir ay keçirdi. O, hesablayıb ki, yemək, yaşayış və əyləncə daxil olmaqla gündə orta hesabla təxminən 40 dollar xərcləyir.

O, internet, geyim və digər əşyalar kimi əlavə xərcləri ayda 500 dollarla məhdudlaşdırır.

…Son 11 ay ərzində dənizdə 252 gün keçirmişəm. Bütün kruizlərin ümumi dəyəri 10.000 dollardan bir qədər çox olub. Bu, ayda təxminən 1200 dollar deməkdir. Bu pula yaşayış, yemək və hər gün yeni bir şəhər görmək imkanı əldə edirəm, - deyə o bildirib.

Linnell etiraf edir ki, indi ofisdə işlədiyi vaxtdan daha sərbəst və daha rahat bir həyat yaşayır.

Onun məqsədi nəqliyyat və əyləncə daxil olmaqla ayda 2000 dollardan çox xərcləməməkdir, YouTube və üzvlük haqlarından əldə etdiyi gəlir isə təxminən 6300 dollar təşkil edir.

…Mənim həyat tərzim qənaət etmək deyil, azadlıqdır. Mən ucuz yaşamıram; xoşbəxt yaşayıram, - deyə bloqçu bildirir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə