Çinin “Necja 2” cizgi filmi tarixin ən çox gəlir gətirən filmləri siyahısına daxil olub
...Cizgi filmi cəmi 45 gündə nəhəng nəticələr əldə etməyi bacarıb.
SİA-nın məlumatına görə, çıxışdan bəri Çin cizgi filmi “Necja 2” kassada 15,019 milyard yuandan çox və ya təxminən 2,09 milyard dollar qazanıb.
Bu nəticə filmin kino tarixində ən çox kassa yığa bilən filmlər siyahısına daxil olmasına imkan verib.
Bu məbləğin cəmi 45 günə yığıldığı qeyd edilir.
Nəticədə film kinoprokat tarixində bir bazarda 1 milyard dollardan çox gəlir əldə edən ilk film, eyni zamanda “milyarderlər klubu”na daxil olan ilk qeyri-Hollivud layihəsi olub.
Xatırladaq ki, martın 15-nə olan məlumata görə, tarixi filmin ümumrusiya kassasında “Peyğəmbər. “Aleksandr Puşkinin tarixi” 1,3 milyard rubl təşkil edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə