Rus yeniyetmələr arasında təhlükəli oyun..?

Rusiyalı yeniyetmələr arasında "Bir günə yoxa çıx" oyunu məşhurdur

...Bu gün Rusiyada yYeniyetmələr arasında “Bir günə yoxa çıx” oyunu populyarlaşır. Oyunun qaydalarına görə, iştirakçı bir gün evdən çıxmalı və yaxınlarına bu barədə xəbərdarlıq etməməlidir.

Bundan əlavə, yeniyetmənin 24 saat ərzində əlaqə saxlamasına icazə verilmir. Onun harada olduğunu ancaq dostları bilər. Amma bu barədə heç kimə deyə bilməzlər.

Bir yeniyetmə oyunu tərk etdikdən sonra digəri daxil olur.

SİA-nın məlumatına görə, “Russian Community ZOV” Telegram kanalının yazır ki, belə bir oyunda iştirak etmək üçün yeniyetməyə video oyun və ya qacet üçün aksesuar verilə bilər.

Qorxunc oyuncaqların uşaq psixikasına necə təsir edə biləcəyi haqqında əvvəllər xəbərdarlıq edilmişdi.

Rusiyalı uşaqların özlərini heyvan kimi göstərdiyi kvadrolinqin yeniyetmələr arasında populyarlaşdığı da bildirilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə