Meymunçiçəyi hal-hazırda qlobal fövqəladə vəziyyət tələb etmir

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin hazırda qlobal ictimai səhiyyə üçün fövqəladə vəziyyət yaratmadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu mövzuda Beynəlxalq Sağlamlıq Qaydalarına (İHR) uyğun olaraq xəstəlik üzrə fövqəladə komitənin iclasından sonra meymunçiçəyi xəstəliyinə yoluxma hallarının artması ilə bağlı açıqlama verilərkən deyilib.

Bəyanatda ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus İHR Fövqəladə Komitəsinin meymunçiçəyi ilə bağlı təqdim etdiyi tövsiyələrlə razılaşıb və “Hadisə hazırda “Beynəlxalq narahatlıq yaradan ictimai sağlamlıq üçün fövqəladə vəziyyət" (PHEİC) yaratmadığını söyləyib. Eyni zamanda, bununla bağlı dünyanın hər yerindən olan alimlərə və tibb mütəxəssislərinə təşəkkür edərək “Vəziyyət yaxından izləmə altındadır” deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...