Dr.Samir Ağalarov Uroloq və Androloqlarının ənənəvi XIX simpoziumunda təqdimatla çıxış edib

Mərkəzi Gömrük Hospitalının uzman uroloqu Samir Ağalarov 17-19 iyun 2022-ci il tarixlərində Azərbaycanın Quba şəhərində keçirilən Azərbaycan Uroloq və Androloqlarının ənənəvi XIX simpoziumunda Hipoqonadotropik hipoqonadizmə müasir konservativ yanaşma” mövzusunda təqdimatla çıxış edib.

Dr.Samir Ağalarov hipoqonadotropik hipoqonadizm, onun əsas səbəbləri, ikincili hipoqonadizmin yaranmasına səbəb olan hipotalamik disfunksiyanın səbəbləri, habelə hipofiz çatışmazlığının səbəbləri, xəstəliyin klinik təzahürləri və müalicə yolları barədə ətraflı məlumat verib. Çıxış simpozium iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan Uroloq və Androloqlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən simpoziumda iştirak edən elm adamları, xarici ölkələri təmsil edən ziyalılar, urologiya sahəsində çalışan yüksəkixtisaslı mütəxəssislər ayrı-ayrı uroloji problemlər, onların müalicəsi yolları, cərrahi əməliyyatlarda tətbiq edilən ən müasir üsullar barədə müzakirələr ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə