ÜST meymun çiçəyini pandemiya elan edib

Xəstəliyin yayılması razılaşdırılmış qlobal tədbirlər olmadan bitməyəcək

Iyunun 23-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymun çiçəyi xəstəliyini rəsmi olaraq pandemiya elan etdi.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu virusa yoluxma halları artmaqda davam edir. Qeyd edək ki, artıq 58 ölkədə xəstəliyə yoluxma halları qeydə alınıb ki, bu da 3,5 minə yaxın insanın yoluxması deməkdir.

Mütəxəssislərin fikrincə, meymun çiçəyi bir neçə qitədə sürətlə yayılır və pandemiyanın qarşısını almaq üçün tədbirlər görülməlidir.

“…Xəstəliyin yayılması razılaşdırılmış qlobal tədbirlər olmadan bitməyəcək. Doğrudur, bu xəstəlikdə çiçək xəstəliyindən daha aşağı ölüm nisbəti olsa belə, davamlı yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsə, milyonlarla insan ya öləcək, ya da kor və əlil olmaq riski ilə üzləşəcək”.

Qeyd edək ki, bu Ümumdünya Səhiyyə Təşkilatının yaydığı bəyanatdan götürülüb.

Onu da qeyd edək ki, hazırda xəstəliyə ən çox yoluxma halları Böyük Britaniya, İspaniya, ABŞ, Almaniya, Fransa, Portuqaliya, Kanada kimi ölkələrdə müşahidə edilməkdədir.

“Meymun çiçəyi pandemiyasının daha da böyüməsini gözləmək üçün heç bir səbəb yoxdur. Hərəkət etmək üçün ən yaxşı vaxt indidir. Təcili tədbirlər görməklə epidemiyaya nəzarət edə bilərik və tez bir zamanda insidentin artmasının qarşısını ala biləcəyik”. Bunu isə Ümumdünya Səhiyyə Təşkilatının həmtəsisçisi Yanir Bar-Yam deyir.

Yeri gəlmişkən, bu gün virusa qarşı birbaşa peyvənd olmasa da, bəzi ölkələr sözügedən virusa qarşı 85 faiz effektivliyə malik çiçək peyvəndi ehtiyatı toplamağa başlayıblar. Qeyd edək ki, bir müddət bundan əvvəl Böyük Britaniya Cinsi Sağlamlıq Assosiasiyasının prezidenti Dr.Claire Devsnap da məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, cinsi sağlamlığa böyük təsir göstərən bu xəstəlik ona yoluxan şəxslə yaxın təmasda olanlara da ötürülür. Bundan əlavə, əvvəllər də deyildiyi kimi, virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, göz, burun və ya ağız vasitəsilə yol tapa bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə