Covid-19 pandemiyası artmağa başlayıb? - İNFEKSİONİST AÇIQLADI

“Təkcə Rusiyada deyil Avropada, Cənubi və Şərqi Asiya ölkələrində də koronavirusun yoluxucu alt tipləri yayılır”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, adlarını qeyd etdiyim ölkələrdə gündəlik yoluxma hallarında artım müşahidə olunur: “Fikrimcə, bu cür ştamplar bizim ölkəmizdə böyük bir təhlükə yaratmayacaq. Çünki ölkəmizdə bir çox insan korono xəstəliyini keçirib və "Buster" dozanı qəbul ediblər. Bu baxımdan insanlarımızda covid-19 infeksiyasına qarşı müəyyən qoruyuculuyq var. Təbii ki, məhdud yoluxmalar ola bilər. Lakin nəticə etibari ilə əvvəlki kimi kütləvi halda yoluxmanın artacağını düşünmürəm. Buna səbəb insanların qanında qoruyucu antitellər kifayət qədərdir. Məhz bunun üçün də yoluxma geniş vüsət almayacaq. Bütün bunlara rəğmən biz yenidən arxayın olmamalı, çünki dünyada covid-19 pandemiyası tam bitməyib. Buna görə də ehtiyatı əldən verməməli, peyvəndləri vaxtı-vaxtında vurdurmalı, gigiyena qaydalarına əməl olunmalı və maskadan istifadə olunmalıdır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə