22 iyun 2022-ci il Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “İlan, əqrəb, hörümçək, həşərat və digər sancmaların diaqnostikası və müalicəsi” mövzusunda Vebinar həyata keçirilib. SİA xəbər verir ki, vebinarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, həkim-toksikoloq İsmayıl Əfəndiyev ilan, əqrəb, hörümçək, həşərat və digər sancmaların diaqnostikası və müalicəsi ilə bağlı real təcrübəyə və ən müasir tibbi yeniliklərə əsaslanmış məruzə ilə çıxış edib. O, təqdimatı zamanı mövzu ilə əlaqəli statistik rəqəmləri sadalayıb, kritik klinik hallar barədə nümunələr təqdim edib və dinləyiciləri maraqlandıran sualları cavablandırıb.

100-ə yaxın dinləyicinin iştirak etdiyi Vebinar ZOOM platforması ilə yanaşı Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən də canlı yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə