Sınıqlar zamanı fizioterapiya necə olmalıdır? - MÜTƏXƏSSİS AÇIQLADI
"Həyat boyu heç olmasa bir dəfə insanlar sümük sınıqları ilə rastlaşır. Sümük sınıqlarından sonra fizioterapiya ve reablitasiya prosedurları qalıqsız sağalmada böyük rol oynayır". Bu fikirləri SİA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Fizioterapiya bölməsinin rəisi, tibb xidməti mayoru Şəhla Qafarova bildirib.
O qeyd edib ki, sınıqlar sümüyün və ətrafındakı toxumaların, bağların əzələlərin tamlığının pozulmasıdır: "Sınıqlar zamanı birinci tapşırıq sınan sümüklərin anatomik qaydada düzgün bərpasına təminat yaratmaqdır. Bunun üçün xüsusi gips sarğılarından və ya immobilizasiyanı (hərəkətsizliyi) təmin edən sarğılardan istifadə olunur. Bu halda qırılan sümük nahiyyəsində hərəkət məhdudluğu, diskomfort, ağrı və şişkinlik olur. Fizioterapiyanın burada məqsədi travma almış sümüyün və ətrafındakı toxumanın bərpası, sağalmasını tezləşdirmək, reablitasiya müddətini azaltmaqdır.
Sınıqlardan 3-4 gün sonra fizioterapevtik proseduralar seçici olaraq tətbiq oluna bilər.
Fizioterapiya nəyə qadirdir:
-Sınmış sümüyün ətrafındakı əzələdə atrofiyanın inkişafının qarşısını alır
-Ətrafda qan dövranını aktivləşdirir
-Məhdudlaşmış oynaqda kontrakturanı ( oynaq hərəkət məhdudiyyətini) aradan qaldırır
-Toxumaları (əzələləri və bağları) bərpa edir
-Zədələnmiş sümük toxumasının yenidən bərpa olunmasını sürətləndirir
-Şişkinliyi aradan qaldırır
-Ağrını aradan götürür.
Sübut olunub ki, fizioterapiya müdaxiləsi olan sınıqlarda sağalma fizioterapiya tətbiq olunmayan sınıqlardan 3 dəfə tez və qalıqsız sağalır. Hər kəsə sağlamlıq arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB