Dr.Aynur Səfiyeva I Beynəlxalq Tibbi Forumda təqdimatla çıxış edib

Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyeva 18-21 iyun 2022-ci il tarixlərində Naxçıvanda keçirilən I Beynəlxalq Tibbi Forumunun ikinci günü “Kolorektal poliplərin bədləşməsində xərçəng kök hüceyrələrinin əhəmiyyəti varmı?” mövzusunda təqdimtla çıxış edib. Dr.Aunur Səfiyevanın çıxışı forumda iştirak edən çoxsaylı professorlar, dosentlər, PhD mütəxəssisləri və nüfuzlu alimlər tərəfindən böyük maraqla qarşılanıb. Çıxışının sonunda Dr.Aynur Səfiyeva iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb və bu sahə üzrə tibb elmində yeniliklərin müzakirəsi aparılıb.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən forumun işinə dünyanın 8 ölkəsindən 10 rektor, 20-dən artıq tibbi cəmiyyət və dərnək, 350-dən çox tibb elm adamları qoşulmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə