"Meymun çiçəyi" virusu Azərbaycanda yayılıb? - DİQQƏT! - DEPUTAT AÇIQLADI

"Həm Səhiyyə Nazirliyinin, həm də müvafiq orqanların, Operativ Qərargahın bu barədə məlumatında qeyd edilib ki, “Meymun çiçəyi” xəstəliyin yayılması Azərbaycanda müşahidə olunmayıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

Onun sözələrinə görə, ölkəmizdə hələ ki, bu virusun elementləri müşahidə olunmur: “Amma dövlət tərəfindən bu məsələ nəzarət altındadır. Digər tədbirlər isə odur ki, insan ilk olaraq özü üçün qabaqlayıcı tədbirlər görməlidir. Öz sağlamlıqları üçün gigienik qoruyucu tədbirlərdən istifadə etməlidir. Qida rejminə, yuxu rejminə riayət etməlidir. Bütün dünya olaraq Covid-19 virusundan yeni xilas olmuşuq. “Meymun çiçəyi” xəstəliyinə yoluxmamaq üçün sanitar-gigienik qaydalara əməl etməliyik”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...