Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Kluge dünya əhalisinin üçdə birinin hələ də heç bir doza koronavirus peyvəndi almadığını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kluge bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPİEF) sessiyasında bildirib.
“...Bu gün, COVID-19 peyvəndinin başlanmasından 1,5 il sonra, dünya əhalisinin 33 faizi hələ də peyvəndin bir dozasını belə almayıb”. Bunu Kluge bildirib.
Onun sözlərinə görə, dünyada 500 milyondan çox, Rusiyada isə 90 milyondan çox insan Rusiyanın iki komponentli “Sputnik V” koronavirus peyvəndindən istifadə edib.
“...70-dən çox ölkədə istifadə üçün qeydiyyatdan keçmiş “Sputnik V” peyvəndinin peyda olması təkcə Rusiyanın peyvəndlərin hazırlanmasında zəngin təcrübəsinə deyil, həm də koronavirusa qarşı mübarizə prosesinə Rusiya elminin və istehsalının cəlb edilməsinin mümkünlüyünə dəlalət edir”. Rus saytlarının yazdığına görə, bunu da Kluge bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB