Avropa vaksin sertifikatına sahib olanlardan Yunanıstana səfər zamanı əlavə Covid-19 testi tələb olunmur
SIA-nın xəbərinə bu barədə ölkənin səhiyyə naziri Tanos Plevris deyib.
Bu gündən etibarən Avropa vaksin sertifikatına sahib olan şəxslər Yunanıstana daxil olarkən onlardan mənfi nəticəli Covid-19 testi tələb edilməyəcək. Bununla belə, könüllü test olunmaq hər bir turistin öz seçiminə buraxılıb.
Avropa mediasının qənaətinə görə, Yunanıstan bu addımla turist axınını gücləndirməyə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB