Yunanıstanda avropalılardan Covid-19 testi tələb edilmir

8 Fevral 2022 02:48 (UTC+04:00)

Avropa vaksin sertifikatına sahib olanlardan Yunanıstana səfər zamanı əlavə Covid-19 testi tələb olunmur
SIA-nın xəbərinə bu barədə ölkənin səhiyyə naziri Tanos Plevris deyib.
Bu gündən etibarən Avropa vaksin sertifikatına sahib olan şəxslər Yunanıstana daxil olarkən onlardan mənfi nəticəli Covid-19 testi tələb edilməyəcək. Bununla belə, könüllü test olunmaq hər bir turistin öz seçiminə buraxılıb.
Avropa mediasının qənaətinə görə, Yunanıstan bu addımla turist axınını gücləndirməyə çalışır.