Almaniyada insanların demək olar ki, 80%-i 2022-ci ildə pandemiyanın gündəlik həyata təsirini davam etdirəcəyinə inanır.
SİA xəbər verir ki, bunu “YouGov” Sosiologiya İnstitutunun dərc etdiyi araşdırmanın nəticələri sübut edir.
Dekabrın 21-dən 23-dək keçirilən sorğuda 2 061 nəfər iştirak edib. Respondentlərin 79 faizi koronavirusun 2022-ci ildə qismən də olsa Almaniya vətəndaşlarının gündəlik həyatına təsir edəcəyinə inanır. Bununla yanaşı, respondentlərin 34 faizi infeksiyanın yayılmasının ölkə sakinlərinə daha da böyük ziyan vuracağını gözləyir. Almanların yalnız 15 faizi 2022-ci ildə pandemiya ilə qismən və ya tamamilə mübarizə aparmağın mümkün olacağı fikrini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB