Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 142 nəfər dünyasını dəyişib.
SİA-nın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bu barədə “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 366 363 nəfərin test edildiyi, 36 684 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 638 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 130 571 857 peyvənd tətbiq edilib ki, bunun 91,82 faizi birinci, 83,01 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB