“Elə ölkələr var ki, əhalisinin sayından artıq peyvənd əldə ediblər”
Dekabrın 16-da BMT Baş Assambleyasında Qoşulmama hərəkatının təşəbbüsü ilə irəli sürülmüş qətnamə qəbul edilib. Ümumiyyətlə, Qoşulmama hərəkatının adından bu təşəbbüsün irəli sürülməsi məhz bu təşkilatın sədri olan cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov bildirib.

Onun sözlərinə görə, eyni zamanda 179 ölkə tərəfindən qəbul olunmuşdur: “Bu “Covid-19”-a qarşı mübarizədə dünyanın həmrəyliyini, dünyada peyvəndin əlçatanlığının təmin edilməsi üçün və “covid-19” pandemiyasına qarşı mübarizədə yeni bir addım idi. Bildiyimiz kimi, peyvənd məhfumu son dövrlərdə aktuallaşdı. Bu peyvəndə əlçatanlığın təmin olunmaması üçün dünyada bir narahatlıq yaradırdı. Bu fikri də ilk olaraq möhtərəm Prezident İlham Əliyev hələ ilk dəfə türkdilli dövlətlərin təşəbbüsü ilə keçirilən onlayn iclasda irəli sürdü. İlk dəfə olaraq beynəlxalq səviyyədə bu məsələnin müzakirə olunması, beynəlxalq həmrəyliyin olmaması bu məsələnin həllini daha da çətinləşdirdiyini göstərdi. Bu halda qlobal pandemiyaya qarşı mübarizədə vəziyyətin çox çətin olacağı da bildirilmişdir. Azərbaycan “Covax” proqramına ilk qoşulan ölkə oldu. “Covax” proqramı peyvənd portfeli içərisində ən münasib, əlçatan vaksinlərdən istifadə üçün yaradılmış bir platformadır. Azərbaycanın buna ilk qoşulan ölkələrdən olmasına baxmayaraq, hətta bizim özümüzə qarşı bir ədalətsizlik oldu. Sifariş olunan peyvəndlər ölkəmizə bir qədər gec çatdırıldı. Buna qədər artıq bu ilin yanvar ayının 8-dən Azərbaycan “Sinnovac” vaksini ilə ilk vaksinləşmə prosesini həyata keçirdi”.
Millət vəkili sözlərinə davam edərək bildirib ki, peyvənd millətçiliyinə qarşı Prezident mötəbər tribunalarda, BMT-nin Baş Assambleyasındakı çıxışında da xüsusilə qeyd etdi ki, elə ölkələr var ki, əhalisinin sayından artıq peyvənd əldə ediblər: “Amma dünyanın inkişaf etməmiş və iqtisadi cəhətdən zəif olan elə ölkələri də var ki, onların əhalisinin heç 10 faizi də peyvənd olunmayıb. Bəs hardadı ədalət? Bu çağırış təbii ki, dünyada çox böyük rezonansa səbəb oldu. Bildiyimiz kimi, Qoşulmama hərəkatı adından bu qətnamənin qəbul olunması üçün təşəbbüsü Azərbaycan Prezidenti cənab İlham Əliyev irəli sürüb. Dekabrın 16-da 179 ölkənin iştirakı ilə bu qətnamə qəbul olunub. Təbii ki, bu birmənalı şəkiıdə Covid-19’la mübarizədə yaranmış vəziyyətin aradan qaldırılması üçün çox böyük stimul idi. Ümumiyyətlə cənab Prezident İlham Əliyevin beynəlxalq səviyyədə bu cür təşəbbüslər irəli sürməsi onun beynəlxalq səviyyədə nüfuzuna müsbət mənada çox böyük təsir göstərib. Onun necə ağıllı və cəsarətli bir Azərbaycan siyasətçisi olduğunu göstərir. Eyni zamanda bu tək Azərbaycanın problemlərini deyil, eyni zamanda artıq dünyanın problemlərinin həll olunması üçün beynəlxalq təşəbbüsləri irəli sürən bir müəllif olaraq da nüfuzunu yüksəltmişdir. Biz də arzu edirik ki, bu qətnamənin qəbul olunması ilə dünyada pandemiyaya qarşı mübarizənin yeni bir fazasına qədəm qoyulsun və dünya bu bəladan qurtulsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB