Son sutkada 1 889 nəfər COVID-19-a yoluxub - AZƏRBAYCANDA

Son sutkada 1 889 nəfər COVID-19-a yoluxub - AZƏRBAYCANDA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 889 yeni yoluxma faktı qeydə alınıb, 2 537 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 573 974 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 538 211 nəfər müalicə olunaraq sağalıb, 7 624 nəfər vəfat edib, aktiv xəstə sayı 28 139 nəfərdir. Ölkədə son sutka ərzində 11 740, hazırkı dövrədək isə 5 443 180 test aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə