Davamlı ağrı, halsızlıq və yorğunluq hiss edirsinizsə, bu o deməkdir ki, çox yayılmış bir xəstəlikdən əziyyət çəkə bilərsiniz. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu xəstəlik 3 aydan çox davam edən ağrı, yuxu pozğunluqları və xroniki yorğunluqla xarakterizə olunur. Cəmiyyətdəki hər 10 adamdan 2-4-də belə hallar müşahidə edilir. Qadınlarda bu hala kişilərdən daha çox rast gəlinir. Hər yaşda, hətta uşaqlarda da görülə bilər.
Bəs bu ağrıların əsas xüsusiyyətləri hansılardır?
Ən başlıcası, ağrının 3 aydan çox davam etməsidir. Ağrı davamlı və aralıqlar şəklində ola bilər. Boyun, qol və ayaqlarımızda təyin olunan 18 nöqtədən ən azı 11-də ağrı və ya həssaslıq var. Əlbəttə ki, bu nöqtələrin həssas olması lazım deyil, oynaq ətrafındakı yerlərdə geniş yayılmış əzələ ağrıları da əhəmiyyətli bir nüansdır. Fibromiyaloji adlandırmağımız üçün ağrı və ya yorğunluğa səbəb ola biləcək digər xəstəlikləri istisna etmək vacibdir.
Fibromiyaloji xəstələrini müşayiət edən ən çox şikayətləri aşağıdakı kimi sıralaya bilərik:
bağırsaq sendromu,
Yorğunluq, zəiflik,
Konsentrasiya və qarışıqlıq
Unutqanlıq,
Qəbizlik və ya ishal
Çənədə sıxılma səbəbiylə ağrı,
İştahsızlıq,
Nəfəs çatışmazlığı,
Depressiya,
Ağız ağrısı,
Ağız və gözlərin quruması
Yuxusuzluq,
Qıcolma.
Bəs müalicəsi nədir?
Fibromiyaloji üçün xüsusi bir müalicə yoxdur. Ancaq bir sıra təsirli dərman müalicələrindən faydalanmaq olar. Çox ağrılı bir xəstəlik olsa da, ağrıkəsicilərlə müalicənin faydası o qədər də yaxşı deyil. Dərmanlardan başqa, psixoloqların müalicəsi çox vacibdir. Bəzi idman hərəkətləri də çox vacibdir. Aerobik məşqlərlə yamaşı zumba və yoga kimi rəqs məşqləri etməyi məsləhət görürük. Bunlar yaddaş, əzələ gücü və depresif simptomlarda çox təsirlidir.
Abutel İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB