Daha çox təbii şirələrdən istifadə edin

Rusiyalı qidalanma üzrə mütəxəssis Yevgeni Arzamastsev, “Moskva 24” telekanalının müxbirinə verdiyi açıqlamasında sağlam içkinin belə sağlamlığa zərər verə biləcəyini bildirib. Arzamastsevə görə, şəkər əlavə edilən qeyri -təbii şirələri minimuma endirmək və ya onlardan tamamilə imtina etmək lazımdır. Belə bir içki faydalı olmaq əvəzinə sağlamlığa zərər verə bilər. Əslində,daxili karbohidrat mübadiləsi pozulmuş insanlar belə içkiləri yaxın buraxmamalıdırlar. Belə ki, həddindən artıq şəkəri olan şirələr bu problemi daha da şiddətləndirir və diabetə səbəb ola bilər.

Qidalanma mütəxəssisi daha çox təbii şirələrdən istifadə etməyi məsləhət görür.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə