Naməlum virus indi də uşaqları yoluxdurur

İngiltərə, İsveçrə, ABŞ və Yaponiyadan olan bir qrup həkim, kütləvi şəkildə uşaqların az tanınmış tənəffüs sinxitial virusuna yoluxduğunu bildirdirlər. Verilən məlumata görə, naməlum virus bütün dünyada uşaqlara yoluxmağa başlayıb.

Deyildiyi kimi, virus tənəffüs xəstəliyinə səbəb olur. Amerikalı həkimlərə görə, körpələrə və uşaqlara yoluxma halları, reanimasiya şöbələrinin sıxlığı səbəbindən hələ aprel ayında qeydə alınmağa başlamışdı.

Elm adamları yeni virusun yayılmasına COVID-19 epidemiyasının təsir etdiyini düşünürlər. Məsələ bundadır ki, xəstəliyin artmasının yeni növ koronavirusa qarşı tədbirlərin zəiflədilməsindən sonra başladığı qeyd olunur.

Amerika Birləşmiş Ştatlarından olan mütəxəssislərə görə, əksər uşaqlarda virus soyuqdəyməyə bənzəyir. Semptomlara öskürək və burun axması daxildir. Bəzi hallarda yeni virus bronxiolitə səbəb olur: aşağı ağciyərlərin iltihabı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...