Sağlamlığımıza qayğı göstərən həkimlərimiz...

Sağlamlığımıza qayğı göstərən həkimlərimiz...

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.C.Cavad-zadə adına Respublika Klinik Uroloji Xəstəxanasının adı Respublikamızda, eyni zamanda bir çox xarici dövlətlərdə məşhur, tanınan xəstəxanalardandır. SSRİ vaxtında bu xəstəxanada böyrək köçürməsinin olması bütün dünyaya yayılmışdı. 1966-1970-ci illərdə, keçmiş SSRİ-nin vaxtında, Rusiyanın bütün şəhərlərindən xəstələr gəlib burada cərrahi əməliyyat olunurdular.

Respublika Klinik Uroloji Xəstəxanası paytaxt Bakımızın gözəl yerlərindən biri olan “İçərişəhər” metrostansiyasının yaxınlığındadır. Xəstəxanaya müraciət edənlər arasında respublikamızın regionlarından olan xəstələr daha çoxdur. Hər kəs təsdiq edər ki, bu xəstəxanaya gələn xəstələr müalicə olunur və hörmətlə yola salınır. Xəstəxananın baş həkimi Əli Babayevin kabinetinin qapısı səhərdən axşama kimi qonaqların üzünə açıqdır. Mən dəfələrlə şahidi olmuşam ki, bu xəstəxanaya müraciət edənlər heç vaxt narazılıq etmir, əksinə buradan razılıq edirlər. Heç kəsə sirr deyil ki, bu xəstəxana özəl yox, dövlət xəstəxanasıdır. Özəl xəsətəxanalar ödənişlidir. Cavad-zadə adına Klinik Uroloji Xəstəxanada isə hökumətin təyin etdiyi qaydalara uyğun olaraq müalicə prosesi həyata keçirilir.

Xəstəxananın şöbə müdiri Nicat Kərimovdan söhbət açmaq istəyirəm. Onun barəsində xəstələr ağızdolusu, hörmətlə danışırlar. Bu yaxınlarda Beyləqan rayonundan olan bir dostum xəstəliyi ilə əlaqədar Bakıya gəlmişdi. Məlum oldu ki, Beyləqan rayonundan Cavadzadə klinikasına göndərişlə gəlib. Mən də xəstəliyimlə əlaqədar olaraq dəfələrlə Cavad-zadə adına Klinikada olmuşam. Orada yüksək səviyyədə həkimlərin bizə qarşı münasibətini, etik qaydalara riayət edilməsinin şahidi olmuşam. Ələlxüsus da klinikanın şöbə müdiri Nicat Kərimovdan razılıqla ayrılmışam.

Beyləqanlı tanışım xəstəxanaya daxil olub müalicə olunduqdan sonra onun sevincinin həddi-hüdudu yox idi. Qeyd etdi ki, mən bu xəstəxanada gördüyüm hörməti heç bir yerdə görməmişəm. Çünki həkimlər bizə qayğı ilə yanaşır, biz isə onların mərhəməti, xoş sözləri və əlbəttə müalicəsi hesabına sağlamlığımıza qovuşuruq. Bir an fikirləşdim, biz həmişə sağlamlığımızı həkimlərə, gələcək nəsillərimizi isə müəllimlərə tapşırırıq.

Nicat Kərimovdan çox yazmaq olar. Bir şeyi qeyd etmək lazımdır ki, hər bir xəstəyə düzgün diaqnoz qoyub müalicə edən həkimlər ona müraciət edənlərin xatirində əbədi qalacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə