“Histerektomiya-uşaqlığın çıxarılması əməliyyatıdır. Açıq üsulla və vaginal aparılır. Əməliyyat zamanı uşaqlığı yerində tutan bağlar, qidalandıran damarlar alətlərlə tutularaq kəsilir, tikişlərlə bağlanılır. Bu zaman önəmli olan uşaqlığa yaxın yerləşən sidik kisəsinin, sidik kanalının və bağların zədələnməməsidir. Uşaqlığın, yumurtalıqların, uşaqlıq boynunun bədxassəli şişləri, uşaqlığın simptomlu miomaları, endometrioz olan hallarda aparılır”. Bu sözləri SİA-ya açıqlamasında cərrah, mama-ginekoloq Ləman Əliyeva deyib.

“Subtotal histerektomiya və ya uşaqlığın amputasiyası-uşaqlığın uşaqlıq boynu saxlanılmaqla çıxarılmasıdır. Total histerektomiya və ya uşaqlığın ekstirpasiyası-uşaqlığın uşaqlıq boynu ilə birlikdə çıxarılmasıdır. Histerosalpinqoovariektomiya-uşaqlığın artımlarla (uşaqlıq boruları və yumurtalıqlar) birlikdə çıxarılmasıdır.
Radikal histerektomiya -uşaqlığın artımlarla, uşaqlıq boynu və uşaqlıq yolunun yuxarı 1/3-i, ətraf çanaq toxumaları və limfa düyünləri ilə birlikdə çıxarılmasıdır.
Açıq yolla (abdominal) histerektomiya -uşaqlığın laparotomiya (kəsik aparmaqla) ilə çıxarılmasıdır”.
Həkim sözlərinə belə davam edib: “Laparoskopik histerektomiya-uşaqlığın laparoscopic üsul ilə çıxarılmasıdir (kəsik aparmadan). Vaginal histerektomiya -uşaqlığın uşaqlıq yolundan çıxarılmasıdır. Vaginal histerektomiyanı laparoskopik əməliyyatın köməkliyi ilə də etmək mümkündür”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB