Ağstafada növbəti dezinfeksiya işləri aparılır - VİDEO

Ağstafada növbəti dezinfeksiya işləri aparılır - VİDEO

Ağstafa rayonunda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə növbəti tibbi-profilaktik və dezinfeksiya tədbirləri aparılıb. SİA xəbər verir ki, tədbirlər əsasən şəhərin küçələrini, çoxmənzilli binaların giriş bloklarını, parkları və digər əraziləri əhatə edib.

Küçə və prospektlər iri tutumlu su çiləyici maşınlar vasitəsilə xüsusi məhlullarla dərmanlanıb. Həmçinin, əhalinin daha intensiv hərəkət etdiyi ərazilər də dezinfeksiya edilib. Ağstafada insanların sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə dezinfeksiya işlərinin mütəmadi olaraq davam etdiriləcəyi bildirilib.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə