"Hindistan ştampı"ndan necə qorunaq? - HƏKİM QAYDALARDAN DANIŞDI

"Hindistan ştampı"ndan necə qorunaq? - HƏKİM QAYDALARDAN DANIŞDI

“Bildiyimiz kimi, hətta mutasiya olunmuş formalar belə mutasiyada enerji tərkibinin müəyyən bir hissəsində dəyişiklik olur. Ona görə də dəyişiklik olan hissənin hesabına da, bəzən virusun yoluxma intensivliyinin artmasına rast gəlinir”. Bu sözləri SİA-ya açıqlamasında deputat, həkim Müşviq Məmmədli deyib.

Onun sözlərinə görə, imputasiya da həm xəstəliyin bir qədər yayılması sürətinin artması ilə yanaşı, həmçinin də xəstəliyin bəzi elmi məlumatlarında ağır getməsi təhlükəsi qeyd olunur. Lakin, bunlar hələ tam təsdiqlənmiş fikirlər deyil. Burada yeganə qoruyucu vasitə məsafə, maska və dezinfeksiyaedici tədbirlərdir. Yəni, bunlar profilaktik tədbirdir. Amma, bunlar o qədər də keyfiyyətli və effektli qoruyucu vasitələr deyil. Ən uyğun və təhlükəsiz qorunma vasitəsi peyvənddir”.

Müşviq Məmmədli sözlərinə belə davam edib: “Ölkəmizdə tətbiq olunan hər qrup peyvənddə yoluxma riski demək olar ki, yoxdur. Həmçinin, bu peyvəndlər “Hindistan ştampı”na qarşı da qoruyucu effektlidir. İnsanlar özləri öz sağlamlığına uyğun şəkildə və yaxud infrastruktura hansı peyvənd uyğundursa onu seçməlidir. Əhali vaksinasiya prosesində yaxından iştirak etməlidir. Əhalinin bütün yaş qrupları vaksinasiya olunsa, o zaman biz bu təhlükəli risklərdən özümüzü sığorta etmiş olarıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə