Bu günə qədər dünyada olan ən böyük - VİRUS EPİDEMİYALARI!

Alimlər və həkimlər koronavirus üzərində işlərini davam etdirir. SİA xəbər verir ki, son dövrlərin ən böyük virus yayılmalarından biri olan koronavirus istisna olmaqla, dünyada yayılan bir çox müxtəlif virus yayılması olub. Bəs, bu viruslar nədir və dünyaya təsiri nədir?

Çinin Wuhan şəhərində 2019-cu ilin son aylarında görünən koronavirus bütün dünyada yayılmağa davam edir. Dünyadakı elm adamları və həkimlər virusu araşdırmağa davam edərkən, Bill Gateskimi məşhur iş adamları da virus dərmanlarının inkişafına böyük sərmayə qoyur.

Son dövrlərin ən böyük virus yayılmalarından biri olan koronavirusdan əlavə, dünyada bu günə qədər yayılan bir çox böyük virus yayılması olub. Bəs, bu baş verənlər nə idi və dünyaya necə təsir etdi? Bu günə qədər baş verən ən böyük virus yayılması haqqında danışaq.

1. Antoninus vəbası
165-180 illəri arasında Roma imperiyasında meydana gələn epidemiya, dünyada ilk böyük epidemiyalardan biridir və bir gündə 2 min insanın ölümünə səbəb olur. Şərq ekspedisiyasından qayıdan əsgərlər tərəfindən yayılan vəbanın əsl səbəbi bilinmir. Bu epidemiya Roma imperatoru Lucius Verusun ölümünə səbəb olub. İmperatordan başqa, Romanın ümumi əhalisinin 30% -i ölüb.

2.Justinian vəbası
Eramızın 541-ci ilində ortaya çıxan Justinian vəba, təxminən 25 milyon insanın ölümünə səbəb olub. Elm adamları epidemiyanın səbəbini Asiya mənşəli hesab edirlər, halbuki tarixçilər bunun Misirdən gəldiyini düşünürlər. Tədqiqat Avrasiya çöllərində aşkar edilmiş 137 nəfərin skeletindən DNT analizinə əsaslanır. Siçanların tüklərində gizlənmiş bir millimetrdən az "Zenopsylla" adlı uçucu bir böcək mədəsində "Pasteurella pestie" bakteriyasını daşıyırdı. Siçanların tükləri arasında sürətlə çoxalan böcək insan bədəninin istənilən nöqtəsinə yayılaraq bakteriyaları tez bir zamanda yayır.

Xəstəlik normal gedişində davam etsə də, zaman keçdikcə öz-özünə yox oldu. O dövrün ən sıx yaşadığı şəhərlərdən biri olan Konstantinopol, əhalisinin 40 faizini itirdi. Epidemiya səbəbindən əmək və əsgər itkisi Bizansın zəifləməsinə və həssas olmalarına səbəb oldu. Bu zamanla Avropa tarixinin köklü şəkildə dəyişməsinə səbəb oldu.

3.Qara vəba
1346-1353-cü illər arasında baş verən Qara vəba epidemiyası səbəbi ilə 75-200 milyon insan həyatını itirib. Bildirilir ki, dəqiq sayı bilinməsə də, Avropa əhalisi epidemiya illəri arasında 30 ilə 60 faiz azalıb. Epidemiya, tanrı və kilsə ilə əlaqəli suallar səbəbindən dində islahatların, habelə həyatda intibahın vacib səbəblərindən biri kimi göstərilir.

4.Amerika suçiçəyi
XV əsrdə avropalılar yeni dünyanı, Amerikanı kəşf etdilər. Bu kəşf nəticəsində buradakı bakteriya və mikrobları gətirdilər. Nəticədə, Avropanın üçdə birinin ölümünə səbəb olan suçiçəyi Amerika qitəsinin yerli sakinlərinə yoluxdular. Bu hadisə nəticəsində Amerika qitəsindəki yerli əhalinin 90 faizi öldü. 19-cu əsrin əvvəllərinə qədər iki yerli amerikalıdan biri Avropadan gələn xəstəliklər səbəbindən ölüb.

5.Cocoliztli yoluxma
16-cı əsrdə Yeni İspaniya olaraq bilinən və indi Meksikada eyni dövrdə bir neçə fərqli xəstəliyin ortaya çıxması ilə meydana gələn epidemik fəlakət kokolitzli prefekturaları adlanır. Bu gün edilən araşdırmalara görə, Salmonella bakteriyasının səbəb olduğu düşünülən infeksiyalar 1520 ilə 1576 arasında təxminən 15 milyon insanın ölümünə səbəb olub.

6.Kolera virusu
Bu günə qədər yeddi fərqli kolera xəstəliyi olsa da, ən ölümcül infeksiya üçüncü idi. 1852 ilə 1860 arasında yaranan üçüncü qəzaya içməli suyun çirklənməsi səbəb olub. Uzun müddət Hindistanda insanların nəcis və tullantıları içməli su mənbələrinə tökməsi nəticəsində ortaya çıxıb.

Dünyanın ən çirkli çaylarından olan Ganj çayı, 2011-ci ildə edilən bir araşdırmaya görə, 100 millilitrdə 1,1 milyard nəcisli bakteriya ehtiva edir. Beləliklə, bu nisbət istifadə edə biləcəyimiz ən pis suyun 500 min qatını təşkil edir. Hindullar bu çayı müqəddəs hesab etdikləri üçün burada daim yuyunaraq xəstəliyə yoluxurlar.

19-cu əsrin böyük epidemiyasında, Hindistandan Əfqanıstana, sonra Rusiya, Avropa, Afrikaya və nəhayət Amerikaya yayılıb. Qeydlərə görə, bu təkcə Rusiyada 1 milyon insanın ölümünə səbəb olub.
Yoluxmuş hər beş nəfərdən birində ağır ishal baş verir. Müalicə olunmasa, bu insanların yarısı ölür. Üçüncü püskürmə ilə həkimlər vəbanın səbəbini tapıb və insanları maarifləndirib.

7. Üçüncü vəba epidemiyası
1855 ilə 1859 arasında Çində başlayan və bütün dünyaya yayılan epidemiya yalnız Çin və Hindistanda 12 milyon insanın ölümünə səbəb oldu. Justinian vəba və Qara vəbadan sonra gələn üçüncü vəba olduğuna görə Üçüncü vəba adlandırıldı.

8. Tifus xəstəliyi
1914-1918-ci illər arasında Birinci Dünya Müharibəsi dövründə Tifüs epidemiyası, Tifus bakteriyasını daşıyan bitlər səbəbi ilə Avropaya və Asiyada 25 milyon insana keçib. Sovet İttifaqı ölkələrində epidemiya səbəbindən 3 milyona yaxın insan ölüb.

9. İspan qripi
Birinci Dünya Müharibəsindən sonrakı illərdə 500 milyon insana yayılan İspan Qripi, dünyada H1N1 qrip virusu səbəbi ilə yüksək qızdırma 50-100 milyon insanın ölümünə səbəb olub. Bu rəqəm birinci və ikinci dünya müharibələrində ölənlərin sayından dəfələrlə çoxdur. 18 virusun ən pis tərəfi, yoluxmuş şəxsin immunitet sisteminin nə qədər güclü olacağı, qızdırmanın bir o qədər yüksək olması olub. Bu, tarixin ən böyük yayılma hadisələrindən biri kimi qeyd edilib.

10. Asiya qripi
Çində 1957-ci ildə başlayan İnfluenza-4 virusu, ördəklərdə mutasiyalara səbəb olub və insanlara yoluxub. Təxminən 4 milyon insanın həyatını bitirən virus tapılan bir peyvənd sayəsində dayandırılıb. Bir ildə 40 milyon insana bu peyvənd vurulub.

11.HİV (QİÇS)
Meymunlardan insanlara XX əsrin ortalarında keçdiyi görünən HİV-in ilk nümunəsi 1959-cu ildə Konqoda ortaya çıxıb, diaqnozu və adı 1980-ci illərdə edilib. Son 30 ildə 36 milyon insanın ölümünə səbəb olan HİV üçün təyin olunan müalicə hələ tapılmayıb. Yalnız ehtiyat tədbirləri alına bilir və xəstəliyə tutulduqdan sonra bir ömür boyu dərman istifadə etmək lazım gəlir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə