Pakistanda hərbi bazaya hücum edən 4 terrorçu məhv edilib

Oktyabrın 17-də Pakistanın PTV dövlət telekanalının verdiyi məlumata görə, bu ölkənin təhlükəsizlik qüvvələri Şimali Vəziristanın Mir Əli rayonunda hərbi bazaya hücum edən dörd terrorçunu məhv edib. SİA telekanalın saytına istinadla xəbər verir ki, mənbələrin bildirdiyinə görə, Mir Əlidə terrorçular partlayıcı ilə yüklənmiş avtomobili təhlükəsizlik qüvvələrinin düşərgəsinin divarına çırpıb, sonra daha üç silahlı şəxs hərbi bazaya girməyə cəhd edib.

Məlumatda qeyd olunub: “Təhlükəsizlik qüvvələrinin vaxtında və cəsarətli tədbirləri nəticəsində 3 terrorçu düşərgədən kənarda öldürülüb. Hadisə zamanı təhlükəsizlik qüvvələri itki verməyib. Təkcə son iki gündə Əfqanıstanla sərhəd rayonlarında Taliban hökumətinin dəstəklədiyi 88 terrorçu məhv edilib”.

Qeyd edilib ki, hadisə Pakistan ordusunun Şimali Vəziristan, Cənubi Vəziristan və Bannu rayonlarında son üç gün ərzində həyata keçirdiyi çoxsaylı əməliyyatlar zamanı “Hindistan tərəfindən dəstəklənən” 34 terrorçunun məhv edilməsindən bir gün sonra baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə