"Respublikanski"nin baş həkimi işdən çıxarıldı

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb.

SİA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi vəzifəsinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov təyin olunub.

Telman İbadov isə həmin xəstəxananın direktor müavini vəzifəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə