Baş həkim koronavirusdan vəfat etdi - FOTO

Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yaşar Hüseynov koronavirusdan vəfat edib. SİA xəbər verir ki, informasiyanı həmin xəstəxanadan təsdiqləyiblər.

Bildirilib ki, 59 yaşlı baş həkim təxminən bir ay əvvəl koronavirusa yoluxub. Xəstəxanada müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə