Son sutkada 7000-dən çox test aparılıb

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, ölkədə son sutka ərzində 7064, hazırkı dövrədək isə 1176720 test aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə