Kardioloq Nəsimi Cabbarov “Həkimlərimizi tanıyın!”

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə yüzlərlə insana sağlam ürək bəxş edən yüksəkixtisaslı həkim- kardioloq Nəsimi Cabbarovu təqdim edirik.

Dr. Nəsimi Cabbarov Mərkəzi Gömrük Hospitalında Fetal Exokardioqrafiya, EKQ, Holter EKQ, Transtorasik Doppler Exokardioqrafiya, Transezofaqial Exokardioqrafiya və pediatrik invaziv prosedurları həyata keçirir.

Dr.Nəsimi Cabbarov 2004-cü ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirmiş, 2004-2005-ci illərdə 6 saylı Klinik Uşaq Xəstəxanasında internatura təhsili alıb.

Dr.Nəsimi Cabbarov 2006-2011-ci illərdə müxtəlif dövlət tibb müəssisələrində revmokardioloq, pediatr işləmiş, 2011-2015-ci illərdə Türkiyə Cümhuriyyəti Kocaeli Universiteti Uşaq kardiologiyası şöbəsində pediatrik kardioloq ixtisası üzrə təkmilləşdirmə kursunda iştirak etmiş, 2015-2018-ci illərdə dövlət tibb müəssisəsində həkim-kardioloq işləmişdir. O, 2019-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim kardioloq kimi fəaliyyət göstərir.

Dr.Nəsimi Cabbarov daim öz üzərində çalışır, müntəzəm olaraq xarici ölkələrdə təşkil olunan beynəlxalq konqreslərdə, konfranslarda və simpoziumlarda iştirak edir. Belə ki, o, 2011-ci ildə Əziz Əliyev adına ADHTİ, kardiologiya ixtisası üzrə sertifikasiya kursu, 2014-cü ildə Türkiyə Cümhuriyyəti İstanbul Mehmet Akif Ersoy Göğüs və Kalp Damar cərrahiyyəsi Eğitim Araşdırma Xəstəxanasının uşaq kardiologiyası şöbəsində pediatrik kardioloq ixtisası üzrə təkmilləşdirmə kursu, 2015-ci ildə Acıbadem Üniversiteti Atakent xəstəxanası Uşaq kardiologiyası şöbəsində pediatrik kardioloq ixtisası üzrə təkmilləşdirmə kursu keçib, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən XVII Beynəlxalq Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi konfransında və 2019-cu ildə yenə İstanbulda XVIII Beynəlxalq Uşaq Kardiologiyası və Ürək Cərrahiyyəsi konfransında iştirak edib.

Azərbaycan Kardiologiya Cəmiyyətinin, Türk Kardiologiya Dərnəyinin, Türkiyə Pediatrik Kardioloji və Ürək Cərrahiyyəsi Dərnəyinin üzvüdür.

Həkim barədə daha ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/nesimi-cabbarov/. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404 08 08.

Bütün xəbərlər Facebook səhifəmizdə