COVİD-19-un müalicəsi zamanı bu dərmanlardan istifadə etmək olmaz HƏKİM RƏYİ

“Heç bir halda koronavirus və ya digər yoluxucu xəstəliklərə qarşı mübarizədə antibiotik qəbul edilməməlidir”. SİA-nın xəbərinə görə, bu barədə rusiyalı həkim Yevgeni Komarovski açıqlayıb.

O bildirib ki, antibiotiklərin virus infeksiyalarına qarşı profilaktik təsir göstərməsi iddiası, tibb elmində ən böyük miflərdən biridir.

Mütəxəssisin fikrincə, belə bir müalicə əksinə, bakterial fəsad riskini daha da artırır: “Antibiotiklərdən xüsusilə də heç bir səbəb olmadan çox istifadə dərmana davamlı bakteriyaların yayılma ehtimalı daha da artırır”.

Komarovski insanları özünü sağaltma üsulundan istifadə etməməyə çağırış edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 3.5 milyonu ötüb, 240 mindən çox şəxs isə dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə